Mədəniyyət Nazirliyindən kütləvi istefaya REAKSİYA
Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqındakı istefalarla bağlı açıqlama verib.
Nazirlikdən bildirilib ki, ölkədə mədəniyyət sahəsində fəaliyyət göstərən ictimai təşkilatlar, o cümlədən kino ittifaqları qanunvericiliyə əsasən öz fəaliyyətlərini əsasnamələrinə uyğun olaraq müstəqil şəkildə həyata keçirirlər:
“Sözügedən qurumların fəaliyyətlərinin təşkili və ona nəzarət olunması Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyil”. /oxu.az/
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"