“Üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın”
“Bayrağımıza kəm baxan düşmənlərin bağırları yarılır bu gün”.
Versus.Az xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev özünün “Facebook” səhifəsində bildirib:
“İstər beynəlxalq siyasi tədbirlərdə, istər yarışlarda bayrağımız hər dalğalananda biz sevinirik, düşmənlərimiz paxıllıqdan bilmirlər neyləsinlər.
Həqiqətən də Azərbaycanın Dövlət Bayrağı Gününün xaricdə yaşıyan soydaşlarımız daxil olmaqla bütün azərbaycanlılar tərəfindən qeyd edilməsi milli birliyin nişanəsidir.
Biz Müsair Müsavat Partiyası olaraq əminik ki, Ali Baş Komandan, mənim qardaşım İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımız düşmən işğalından azad ediləcək, üçrəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaq. Allah Azərbaycanımıza, bayrağımıza xor baxan mənfurlara lənət eləsin.
Yaşasın Azərbaycan! Üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın. Mən hər bir azərbaycanlını bu gün münasibətilə ürəkdən təbrik edirəm”.
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...