Fransanın son həmləsi

12:45 15-03-2023 | icon 693 | Geopolitika
Fransanın son həmləsi

Bəhruz Məhərrəmov: “Bu, əslində bəşəri təhdiddir və bu cinayətlərə "dur" deyilməzsə...”

 

 Fransanın Korsikada yerli dili qadağan etməsi korsikalıları milli, etnik və mədəni əsaslara görə əsas hüquqlardan kobudcasına məhrum etməklə törədilən insanlıq əleyhinə cinayәtdir.

 

Versus.Az xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov Korsikada Korsika dilinin ləğv edilməsi ilə bağlı açıqlamasında bildirib.

 

Deputat qeyd edib ki, müasir dünyada, xüsusən insan hüquqlarının beynəlxalq hüququn əsas elementinə çevrildiyi bir dönəmdə irqçi, faşist ideyalarını Fransa kimi dövlət səviyyəsində təşviq edən ölkələrə çox az rast gəlinir:

 

“İkinci belə timsala yalnız monoetnik Ermənistanda rast gəlmək mümkündür ki, Fransa dövləti də özünün dövlət siyasətinə uyğun olaraq İrəvanın bu yanaşmasını açıq formada müdafiə edir. Görünən odur ki, bir zamanlar özünün yeni insan konsepsiyası, hüquq və azadlıq ideyaları ilə öyünən Qərb dünyası Fransanın simasında bu dəyərləri itirməkdədir. Tam məsuliyyətlə deyə bilərik ki, Fransanın Korsikadakı son həmləsi əslində bəşəri təhdiddir və bu cinayətlərə "dur" deyilməzsə, Avropada yeni faşizm dalğasına rəvac verilmiş olacaq. Bildiyiniz kimi, artıq Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyev Bakıda Hərəkatın Təmas Qrupunun Zirvə görüşündə Fransanı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırım aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırmışdı. Şərqdə, o cümlədən Azərbaycanda "hüquq ovu"na çıxan İnsan hüquqlarının müdafiəsi üzrə təşkilatlar, digər Qərb təsisatları, ələxsus Avropa Parlamenti riyakarcasına susmamalıdır.

Qəribədir ki, bəşəri cinayətlərinə israrla davam edən Fransa utanmazcasına Azərbaycana etnik zəmində dərs keçmək, Qarabağda yaşayan ermənilərin milli haqlarının müdafiəçisi kimi çıxış etməyə başlayıb. Baxmayaraq ki, istər qanlı müstəmləkə keçmişi, istərsə də cənab İlham Əliyevin təbiri ilə desək, müasir neokolonializm cəhdləri fonunda etnik-milli kimliklərin hüquqları barədə danışacaq axırıncı beynəlxalq subyekt Fransadır. Azərbaycanda isə istər multikultural mühit, istərsə də bu sahədə qanunvericilik bazası ən müasir tendensiyaları belə qabaqlayır. Azərbaycan Konstitusiyasının 44-cü maddəsinə əsasən, "Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır və heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz". Konstitusiyanın 45-ci maddəsində isə hər kəsin ana dilindən istifadə etmək hüququ təsbit olunub - "Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır, heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz". Daha da önəmlisi, Azərbaycan Respublikasında ən ali səviyyədə təsbit olunmuş bu müddəaların işlək norma olmasıdır.

Yəni Fransa etnik haqların qorunması istiqamətdə qanunvericilik bazası və tolerant mühit baxımından Azərbaycana nəsə öyrətmək yox, yalnız və yalnız Azərbaycandan öyrənə bilər”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?