Özəl universitet kitabxanasını satışa çıxarıb
“Əfqanıstan” özəl universiteti öz kitabxanasını satışa çıxarıb.
Elanda bildirilir ki, buraya üç min kitab, mebel və kompüter daxildir.
Öz növbəsində tələbələr universitet rəhbərliyinin bu addımını etirazla qarşılayıblar.
Onlar universitet rəhbərliyini təhsilə qəsdən əngəl törətməkdə ittiham edirlər.
“Əfqanıstan” özəl universiteti isə müəllimlərin maaşını və hökumətə olan vergi borcunu ödəyə bilmədiyi üçün bu addımı atmağa məcbur olduğunu açıqlayıb.
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi