"Ermənistan elə bir cürətin sahibi deyil ki, Putini həbs etsin"

16:32 30-03-2023 | icon 352 | Geopolitika
"Ermənistan elə bir cürətin sahibi deyil ki, Putini həbs etsin"

Tofiq Abbasov: "Gərək Moskva da öz siyasətində ciddi korrektələr etsin"

 

Məlum xəbərlərə görə, beynəlxalq məhkəmə Rusiya prezidenti Vladimir Putin haqqında həbs qərarı verib. Bu qərarla Rusiya prezidentinin sərbəst hərəkətinə maniələrin yarana biləcəyi ehtimalı birmənalı qarşılanmır. Bu gün qərbə inteqrasiya yolunda ikibaşlı oyunlar quran Ermənistanın bu qərara hansısa adekvat, yaxud əks reaksiya verə biləcəyi də müzakirə müstəvisinə çıxarılıb. Belə qeydlər var ki, bu məsələ İrəvanla Moskva arasinda ciddi qarsıdurma yaradıb.  Qərbə üzünü tutan Paşinyan hökuməti Vladimir Putini Ermənistana səfəri zamanı həbs edə bilərmi? Putinin Ermənistanda həbs olunması nə dərəcədə realdır və belə bir qarsıdurma regiona nə vəd edə bilər? Rusiya Ermənistan münasibətlərinin bolgədəki proseslərə təsiri nə ola bilər?

 

Versus.az xəbər verir ki, politoloq Tofiq Abbasov bildirib ki, indiki şəraitdə Putinin Ermənistana səfər etməsi hətta hipotetik baxımdan qeyri-real görünür. Onun sözlərinə görə, hətta belə bir səfər olsa da,  Ermənistn elə bir cürətin sahibi deyil ki, Putini orda həbs etsin. Eyni zamanda bildirib ki, əgər belə bir səfər baş tutmuş olarsa, təbii ki, Rusiya tərəfi bütün lazımı tədbirləri görəcək ki, öz rəhbərinin mühafizəsini, təhlükəsizliyini təşkil, təmin etsin, qarşıya qoyulan məqsədlərə çatılsın. 

 

T.Abbasov bu gün Rusiyanın indiki şəraitdə Qafqaz bölgəsindəki siyasətinin təzadlarının göründüyünü qeyd edib:

 

“Rusiya bir tərəfdən gözəl anlayır ki, Ermənistanın rəhbərliyi, əksər  siyasi qüvvələri orda antirusiya meyllərini gücləndirib, Qərbə doğru inteqrasiyanı gündəmə gətirirlər. Belə olduğu halda Azərbaycan faktiki olaraq bütün məsələlərlə bağlı çox praqmatik çıxış edir. Hətta göstərir ki, bölgədə sülhün, sabitliyin tərəfdarıdır. Rusiya isə əksinə, Ermənistanın regionda naqolay hərəkətlərini, özünə tuşlanmış düşmənçilik mövqeyini görə-görə yenə də Qarabağ bölgəsində bir qrup erməni icmasına rəvac verməyə, onlara toxtaxlıq gətirməyə rəvac versin. Rusiya ermənilərə bildirmək istəyir ki, guya onların tərəfini saxlayır, maraqlarını qoruyur. Hətta son günlər görürük ki,  Rusiyanın Qarabağdakı siyasəti heç bir məntiqə sığışmır. Çünki bir yandan sülhməramlı adı altında fəaliyyət göstərən kontingent məktəblərdə və sair yerlərdə humanitar yardım paylayır,  digər tərəfdən də açıq-aşkar erməni separatizminin çiçəklənməsinə hesablanmış  addımlara rəvac verirlər”.

 

T.Abbasov hesab edir ki, bu, Rusiya tərəfindən atılan ağlasığmaz addımlardır. Azərbaycan dövləti Rusiya tərəfini Rusiya bu məsələlərdə prinsipial olmağa çağırıb:

 

“2022-ci il fevralın 22-də Azərbaycanla Rusiya arasında imzalanmış müttəfiqlik bəyannaməsində açıq -aşkar bildirilir ki, hər iki dövlət separatizmə qarşı birgə çalışmalıdır.  Bu artıq öhtəlik formasını almış bir sənəddir və ondan da irəli gələn vəzifələr özünü açıq biruzə verir. Ona görə də Rusiya Qafqaz siyasətində dəyişikliklər etməlidir. Rəsmi Moskva ilk növbədə bilməlidir ki, o Azərbaycanla yarımçıq yox, tam müttəfiqlik münasibətindədir. Digər tərəfdən Azərbaycan Rusiyaya dair heç bir şübhə doğuran addım atmırsa, açıq  və sağlam siyasət yeridirsə onda niyə biz belə anlaşılmayan məqamları görürük və bunu nə ilə izah etmək olar”.

 

Politoloq bu gün bu məsələlərin təbii olaraq gündəmdə olduğunu qeyd edib. O, bildirib ki, Azərbaycan dövlətinin diqqətindən heç bir məqam yayınmır və sona qədər də bu cür öz sağlam, ədalətli mövqeyində durmalıdır. 

 

Rusiya Ermənistan münasibətlərinə gəldikdə isə T.Abbasov hesab edir ki, Moskva bu məsələdə ciddi götür-qoy etməli, Ermənistanda çiçəklənən terorizmə, revanşizmə qarşı amansız mövqe bildirməlidir:

 

“Rusiya Ermənistan rəhbərlərinin diqqətinə çatdırmalıdır ki, bu cür təxribatlar regionda yol verilməzdir. Çünki Qafqaz bölgəsi uzun müddətdir ağır bir  durumdadır, insanlar yorulub, məmləkətlərin aparıcı qüvvələri bu proesdən ciddi narahatlıq yaşayırlar və revanşizmin qarşısı alınmalıdır. Əgər həqiqətən də  Rusiya-Ermənistan münasibətləri bir vektor mahiyyəti daşıyrsa, gərək Moskva da öz siyasətində ciddi korrektələr etsin. Bildirsin ki, bundan sonra Ermənistanın oyunbazlığına yol verilməyəcək”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?