Uşaq evindən şikayət edən yeniyetmə məktəbdən çıxıb
Bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan yeniyetmənin təhsil aldığı məktəb məlum olub.
Versus.Az Oxu.Az-a istinadən xəbər verir ki, o, 29 nömrəli tam orta məktəbdə oxuyub.
Məktəbdən saytımıza bildirilib ki, şagird 4-cü sinfə qədər fərdi təhsil alıb. Sonra məktəbdən çıxıb.
2021-ci ilin aprel ayından 6-cı sinfə yenidən qəbul olub və adi sinifdə təhsil alıb. 2021-2022-ci tədris ilindən yenidən məktəbdən çıxıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan yeniyetmələrdən biri həmin uşaq evi ilə bağlı şikayətini bildirib. Qeyd edib ki, müəssisədə uşaqlara quru çörək verirlər:
“Uşaq evinə gələn ərzağı, meyvələri, südü aparırlar. Ətin sümüyünü bişirirlər, özünü aparırlar”.
Daha sonra şikayətini bildirən yeniyetmə 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib.
Xəstəxananın keçmiş baş həkimi Ağahəsən Rəsulov yeniyetmənin ruhi xəstə olmadığını açıqlayıb.
Xatırladaq ki, iddiaları səsləndirən şəxs dörd qardaşdan biridir və onlar uşaq evində böyüyüblər.
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi