“118 din xadimi işdən uzaqlaşdırılıb”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib ki, məscidlərə təyinatların verilməsi səlahiyyəti komitəyə keçəndən sonra ölkədə təhsil almış, dövlətin maraqlarını qorumağa qadir olan 120-yə yaxın din xadimi təyinat alıb, 118 nəfər isə işindən uzaqlaşdırılıb.
Qeyd edək ki, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” 2022-ci il mayın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Kollegiyası tərəfindən təsdiqlənib. Bununla əvvəl Qafqaz Müsəlmanları İdarəsinin müvafiq səlahiyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə keçib.
Xəbər lenti
Sakinlərin nəzərinə! - İŞIQ KƏSİLƏCƏK
Təmir işləri yekunlaşdıqdan sonra...