Deputat uşaq evindən şikayət edən yeniyetmədən danışdı

13:45 11-04-2023 | icon 269 | Cəmiyyət
Deputat uşaq evindən şikayət edən yeniyetmədən danışdı

“Hansısa televiziya kanalının aparıcısı həll etdi”

 

“Bu yaxınlarda sosial şəbəkələrdə bir yeniyetmənin uşaq evi ilə bağlı problemləri mətbuatda işıqlandırıldı. Amma dövlət qurumları bu məsələ ilə bağlı adekvat davranmadılar”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin aprelin 11-də keçirilən plenar iclasında deyib.

 

“Sonda isə cəmiyyət gördü ki, problemi aidiyyəti dövlət qurumları yox, hansısa televiziya kanalının aparıcısı həll etdi. Müvafiq qurumlar belə məsələlərə qarşı həssas və diqqətli olmalıdır”, - deputat əlavə edib.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Xətai rayonu, 3 saylı uşaq evinin yeniyetmə sakini Məhəmməd Hacıyev video paylaşaraq uşaq evinə gətirilən ərzaqların onlara verilmədiyini iddia edib.

 

Daha sonra o, Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. Aprelin 5-də isə yeniyetmə qardaşının ərizəsi əsasında onun himayəsində evə ambulator müalicəyə göndərilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq