““Ya savaş, ya sülh” seçimi qarşısında ermənilər qalmalıdır, biz yox”
“Zahid Orucun fikirlərinə hörmətlə yanaşıram. Amma onun təklif etdiyi yardım bu gün məqsədəuyğun deyil”.
Bunu Versus.Az-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev millət vəkili Zahid Orucun 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirəsində Dağlıq Qarabağa da dövlət büdcəsindən vəsaitin ayrılması ilə bağlı səsləndirdiyi fikirlərə münasibətdə bildirib.
Qeyd edək ki, Zahid Oruc bununla da ABŞ və dünya ölkələrinə rahatlıqla Azərbaycanın Dağlıq Qarabağa vəsait ayırdığını, işğalda olduğu üçün işləmədiyini göstərmənin mümkün olacağını əsas gətirib.
ALDP sədri Fuad Əliyev bildirib ki, kimlərəsə nəyisə isbat etməkdənsə, işğal edilən ərazilərin azad olunmasında işlərimizi gücləndirsək və 907 maddənin lağv olunmasına nail olsaq, bu daha duzgun olar:
“Bu torpaqları bizdən başqa azad edən olmayacaq. “Ya savaş, ya sülh” seçimi qarşısında ermənilər qalmalıdır, biz yox. Hansını seçəcəklərsə, deməli işğal olunan torpaqlar həmin yolla azad olunacaq. İqtidarın “uğurlu” xarici siyasətinin nəticəsidir ki, 24 ildir ABŞ Dağlıq Qarabağa yardım edir. 24 ildir bizi inandırmaq istəyirlər ki, bunların apardığı siyasət düzgündür və bizi eşitmək istəmirlər. Bu iqtidarın “düzgün” siyasəti nəticəsində 907 maddə bu günə kimi lağv edilməyib, Dağlıq Qarabağa yardımlar olunur”.
Nilufər
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...