Ekspertdən deputatlara mesaj

12:20 08-02-2019 | icon 502 | Siyasət
 Ekspertdən deputatlara mesaj

 

 Əlabbas Məhərrəmli: “Mütləq kimsə deməlidir ki, zəlzələ baş verən rayona getmək lazımdır?”

 

 

“Kənd həyatına yaxşı bələd olanlar bilirlər ki, oradakı əhalinin maddi təminatında meşədən yığdıqları meyvələrin rolu böyükdür. İnsanların təbii şəraitdə yetişən, bir çox hallarda çürüyüb gedən o giləmeyvələri yığmaları kimə mane ola bilərdi ki, o cür süni gərginlik yaradıldı?”

 

Bunu Versus.Az-a siyasi ekspert Əlabbas Məhərrəmli Nazirlər Kabinetinin anlaşılmaz addım atması ilə bağlı yaranan ictimai tənqidə səbəb olan məqamlarla bağlı açıqlamasında deyib.

 

Ə.Məhərrəmli bildirib ki, dövlət başçısının şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə dair rəğbətlə qarşılanan son qərarlarından sonra Nazirlər Kabinetinin belə bir anlaşılmaz addım atması haqlı olaraq ictimai tənqidə səbəb oldu.

 

Ekspert Milli Məclisdə vətəndaşların, seçicilərinin hüquqlarını müdafiə etməli olan bəzi millət vəkillərinin hökumətin bu qərarını düşünmədən dəstəkləməyə başlamasını da təəssüf hissi ilə qeyd edib:

 

“Prezident İlham Əliyev cəmi bir gün sonra o qərarı ləğv etməklə, əhalinin narahatlığına yüksək həssaslıqla yanaşdığını nümayiş etdirdi. İndi maraqlıdır, o deputatlar prezidentin bu addımından sonra nə düşünürlər? Ümumiyyətlə, bu, prezidentin bəzi dövlət qurumlarının əhalinin maraqlarına uyğun olmayan, vətəndaşlarda narazılıq yaradan qərarlarını ləğv etməsinə dair ilk hal deyil”.

 

Ə.Məhərrəmli eyni zamanda bir sıra qurumların və məmurların dövlət başçısının müvafiq göstərişlərinə, xəbərdarlıqlarına “unutqanlıqla” yanaşmalarına təəssüf hissi ilə yanaşıb:

 

“Təsəvvür edin, ötən gecə Şamaxıda zəlzələ oldu. Təbii fəlakətdən sonra jurnalistlərə açıqlama verən Şamaxının deputatı hələ rayona getmədiyini, bu barədə düşündüyünü deyir. Bu necə yanaşmadır? Nə baş verməlidir ki, o deputat vaxtında öz seçicilərinin yanında olsun?

Budur, prezident İlham Əliyev daha bir nümunə göstərərək, Şamaxıya gedib, zəlzələdən zərər çəkən insanlarla səmimi şəraitdə görüşüb, insanlara dəstək olub. Prezident bundan bir neçə gün əvvəl şəhid ailələri ilə də çox səmimi bir görüş keçirmişdi. Belə təmaslar və münasibət əhalidə müsbət reaksiya doğurur. Anlamaq olmur, deputatlara da mütləq kimsə deməlidir ki, zəlzələ baş verən rayona getmək lazımdır?

 

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Sənədsiz evlərlə bağlı YENİLİK

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Bakı-Sumqayıt qatarını DAŞLADILAR

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Dolların qiyməti ilə bağlı QƏRAR

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK