“Azərbaycanın əldə etdiyi uğurlar dünyaya mesajdır”

11:16 22-04-2023 | icon 377 | Siyasət
“Azərbaycanın əldə etdiyi uğurlar dünyaya mesajdır”

Könül İsmayılova: “Müharibədən dərhal sonra quruculuq işlərinə başlamağımız düşmənə və havadarlarına tərs sillədir”

 

“Prezident İlham Əliyev aprelin 18-də Salyan şəhərində televiziyaya verdiyi müsahibəsində regionlarda həyata keçirilən sosial-iqtisadi inkişafı Dövlət proqramlarından, Salyanda açılan və bununla da ölkəmizdə sayca 25-ci “ASAN xidmət” mərkəzinin üstünlüklərindən danışdı. Təsadüfi deyil ki, bu gün “ASAN xidmət” sistemi dünyada artıq Azərbaycan brendi kimi tanınır”.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Salyan şəhərində Azərbaycan televiziyasına verdiyi müsahibəni şərh edən Nizami rayon icra hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının idarə heyətinin üzvü Könül İsmayılova deyib.

 

 

O, ölkə başçısının həmin müsahibədə Qarabağın və Şərqi Zəngəzurun bərpası və regionların sosial-iqtisadi inkişafı ilə bağlı fikirlərinin dünyaya mesaj olduğunu qeyd etdi:

 

“Ölkə başçısının da sadaladığı əldə olan nailiyyətlərimiz göz önündədir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı ilə bağlı artıq 4-cü proqramın icrasına başlanılıb. Prezidentin də dediyi kimi, regionlarda bütün bərpa və quruculuq işləri plan üzrə gedir. Sadalandıqca bitməyən uğurlar əldə etmişik və bu uğurların davamı gəlir. İstər hərbi meydanda, istər idman meydanında, istər sosial siyasətdə, istərsə də diplomatik əlaqələr və informasiya siyasətində Azərbaycanın əldə etdiyi uğurlar dünyaya səs salıb desək, yanılmarıq”.

 

K.İsmayılova vurğuladı ki, bizim üçün əsas prioritet əlbətdə ki, Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsidir. Onun sözlərinə görə, erməni vandallarının 30 il ərzində taladığı, viran qoyduğu torpaqlarımızı yenidən qurmalıyıq və artıq bu yöndə sürətli işlər gedir:

 

“Müharibədən dərhal sonra Azərbaycanın öz torpaqlarında quruculuq işlərinə başlaması düşmənə göz dağı, düşmənin havadarlarına isə tərs sillə oldu. Bir yumruq kimi birləşən Azərbaycan öz sözünü deyib, deyir və bundan sonra da deyəcək. Cənab Prezidentin çıxışlarını dinlədikcə, gözlərimiz önündə gələcək Qarabağın və Şərqi Zəngəzurun siması canlanır - abad şəhərlər, kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur. İndi bir məsələ qalır ki, o da Qarabağda yaşayan ermənilərlə bağlıdır. Ölkə başçısı yerli və xarici mətbuatlara müsahibələrində də, yüksək tribunalarda da dəfələrlə vurğulayıb ki, - “Daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik, Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar”. Bu bəyanat Ermənistana da, onun havadarlarına da son sözdür və heç şübhəsiz ki, dəyişməyəcək”.

 

K.İsmayılova ermənilərin Azərbaycan bayrağını yandırmalarına da fikrini bildirdi. Qeyd etdi ki, erməni həmin vaxt öz simasını yandırmış oldu:

 

“Bizim Azərbaycanımızın dövlət bayrağı hazırda çox-çox yüksəklərdə dalğalanır. Və bütün bunların fonunda bu gün əminliklə deyə bilərəm ki, ölkəmiz sürətlə güclənir”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Daha bir bank BAĞLANIR

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Məktəblərarası biologiya yarışması keçirilib