Deputatlarımız Özbəkistanda seçkiləri izləyəcəklər

10:36 25-04-2023 | icon 144 | Siyasət
Deputatlarımız Özbəkistanda seçkiləri izləyəcəklər

Milli Məclisin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Cavanşir Paşazadə, Ağalar Vəliyev və deputat Malik Həsənov aprelin 26-da Daşkənd şəhərinə səfər edəcəklər.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Versus.az-a verilən məlumata görə, millət vəkilləri “Heydər Əliyev İli” çərçivəsində Daşkənd Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində təşkil olunacaq “Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarı, qurucusu, Azərbaycan-Özbəkistan dostluq və strateji əməkdaşlığının əsasçısı” adlı beynəlxalq konfransda iştirak edəcəklər.

 

Səfər çərçivəsində deputatlardan Cavanşir Paşazadə Milli Məclisin, Ağalar Vəliyev Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA), Malik Həsənov isə MDB Parlament Assambleyasının xətti ilə Özbəkistan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq referendumunu müşahidə edəcəklər.

 

Səfər mayın 2-də başa çatacaq.

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Daha bir bank BAĞLANIR

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Məktəblərarası biologiya yarışması keçirilib