MHB xeyriyyə aksiyası ELAN ETDİ

10:48 27-04-2023 | icon 393 | Cəmiyyət
MHB xeyriyyə aksiyası ELAN ETDİ

Müstəqil Həmkarlar Birliyi (MHB) hər kəsi Qocalar Evinin sakinlərinə əsl bayram bəxş etməyə dəvət edir.

 
 
Versus.Az xəbər verir ki, MHB bu barədə sosial şəbəkədə paylaşım edib.
 
 
Bildirilir ki, bu layihə Təqaüd Yaşına Çatmış Şəxslərə Yardım Müəssisəsinin (Qocalar Evi) sakinləri üçün nəzərdə tutulub. Aksiyanın məqsədi cəmiyyətin xüsusi diqqətinə ehtiyacı olan ahılları sevindirməkdir. Onlar üçün konsertlər keçirmək də nəzərdə tutulub.
 
 
Hazırda qurumda 65 yaşdan 94 yaşa qədər 230-a yaxın insan var. Onların 90 faizindən çoxu 80 yaşdan yuxarı insanlardır.
 
MHB yaşlılar üçün geyim, ayaqqabı, yataq dəstləri, milli şirniyyatlardan tutmuş müxtəlif hədiyyələr, eləcə də maddi yardım toplamağı planlaşdırır. Məqsədlilik prinsipini təmin etmək üçün MHB-nin əməkdaşları həm rəhbərlik, həm də qurumun sakinləri ilə daimi əlaqədə olacaqlar.
 
 
DİQQƏT:
 
MehribanMay xeyriyyə aksiyasında iştrak etmək istəyən hər kəs İanə, paltar, ayaqqabı, şirniyyat və digər hədiyyələri Nizami rayonu, küç.Əzim Əzimzadə 4, 3-cü mərtəbə, MHB (Müstəqil Həmkarlar Birliyi) ünvanına gətirə bilər.
 
Əlaqə üçün: (WhatsApp) +99455 556 25 42
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq