“Bu gün müxalifətin real gücünü görmürəm”

18:58 07-11-2017 | icon 571 | Siyasət
“Bu gün müxalifətin real gücünü görmürəm”

“Özlərini güclü hesab edən həmin partiyalar insanlarda inamı sarsıdıb”

“Müxalif fikirli insanların çoxalması heç də müxalifət partiyalarının bir yerdə olduğunu, gücləndiyini ifadə etmir”.

Bunu Versus.Az-a keçmiş deputat Zəminə Dünyamalıyeva son vaxtlar mövcud problemləri əsas gətirərək müxalifətçiliyin artması ilə bağlı səslənən fikirlərə münasibətində bildirib. Onun sözlərinə görə, illərdir yığılıb qalan sosial məsələlər, hakimiyyətin yanlış daxili və xarici siyasət apardığını düşünənlər hakimiyyətə qarşı müxalif mövqedə dayanıb:

“10 -20 il əvvəl ortada olanlar çox, müxalif olanlar isə az idi. İndi isə ortaya çıxanlar az, müxalif fikirli insanlar çoxdur”.

Z.Dünyamalıyeva bildirib ki, bu gün ortaya çıxan müxalif fikirli insanlar ona görə azalıblar ki, adını müxalifət qoyan, özlərini real güc hesab edən partiyalar inamı sarsıdıblar:

“Müxalif fikirli adamların bir araya gəlməməsi bu gün mitinq keçirən və özünü real güc adlandıran müxalif partiyaların yanlış əməlləri üzündəndir. Kimin nə deməsindən asılı olmayaraq, mən bu gün müxalifətin real gücə malik olmasını görmürəm. Ola bilər ki, müxalif fikirli insanlar bir araya gəlsin və güclənsin. Amma bu, indiki müxalifət liderlərinin iştirakı və liderliyi ilə olmayacaq”.

Nilufər

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?