Deputat televiziyalara SƏSLƏNDİ

18:49 02-05-2023 | icon 1321 | KİV
Deputat televiziyalara SƏSLƏNDİ

Razi Nurullayev: "Düşük, bayağı, çığırtı-bağırtı olan verilişlər mədəni və intellektual səviyyəni aşağı salır"

 

İTV yayım şurasına seçiləcək dostlarımızı təbrik edirəm. Arzu edirəm ki, onlar ictimai tv-ni daha da baxımlı etsinlər. Ədalət naminə demək lazımdır ki, İctimai tv yüksək səviyyəli efir məkanına çevrilib. Məncə onu regionumuzun, bütöv MDB məkanının ən maraqlı və gözoxşayan efir məkanlarından biri hesab etmək olar.

 
 
Versus.Az xəbər verir ki, bu sözləri Parlamentdəki bugünkü çıxışında deputat Razi Nurullayev deyib.
 
 
Deputat vurğulayıb ki, televiziyanın studiyaları da göz oxşayır, rəng seçimləri adamı efirə kilidləyir. İTV rəhbərliyini, bütün əməkdaşları və əməyi keçən hər kəsi təbrik edən R.Nurullayev qeyd edib ki, gözəl, baxımlı, maraqlı efir məkanı yaradılıb. Verilişlərin hamısının unikal və maraqlı olduğunu deyən deputat verlişləri ayrı-ayrılıqda hallandırmaqla haqsızılıq etmək istəmədiyini vurğulayıb:
 
 
"Amma “3D” verilişiniz haqqında danışacam. İstərdim ki, o, ilk zamanlardakı formatına geri dönsün. O verilişin ruhu ciddi ictimai-siyasi deyildi, ciddi fəlsəfi fikirlər məkanı deyildı, o, siyasətçilər, ictimai xadimlər üçün şok terapiyası idi və belə də qalmalıdır. Təbii ki, insanların şəxsiyyətinə və mənliyinə toxunmadan. Siz siyasi, ictimai, elmi və digər sahələrdə çəkili insanları dəvət edin. Əgər onlar gəlməsə, narahat olmayın, yerində başqa bir 3D otursun, suallar verin, cavablar alın. Maraqlı olsun, suallar kəskin olsun, digər verilişlərinizdə müzakirə olunan məsələlərdən tam kənar olsun".
 
 
Deputat bununla yanaşı bütün televiziyalarla bağlı arzularını da səsləndirib:
 
"Bizim efir məkanlarında sağlam tənqid səsləndirən verilişlərin sayı çoxalsın. Yalançı, boğazdan yuxarı təriflər, yaltaqlıq təbliğ edən verilişlər, yerli-yersiz təriflər ölkənin inkişafına yox, geriləməsinə səbəb olur. Düşük, bayağı, çığırtı-bağırtı olan verilişlər cəmiyyətimizin mədəni və intellektual səviyyəsinin aşağı düşməsinə səbəb olur. Onun üçün də gərək biz düşünək ki, televiziyalara hansı köməkliyi edək ki, onlar bu cür verilişlər üzərində reytinq qurub pul qazanmasınlar. Razıyam ki, onlara başqa mümkün mənbələrdən pul qazanmağa imkan yaradılsın ki, onlar maliyyə arxasınca düşüb cəmiyyətə lazımsız məlumatlar ötürən verilişlər hazırlamasınlar".
 
 
T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq