Xəzər Teyyublu Səttar Mehbalıyevi fəaliyyətsizlikdə qınadı
"Şikayətçilər var, amma Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının səsi çıxmır"
"Müstəqil Həmkarlar Birliyinin Qaynar Xəttinə şikayətlər daxil olmaqdadır. Müxtəlif sosial şikayətlər, vətəndaşların problemləri haqqında müraciətlər gəlir".
Versus.Az xəbər verir ki, bu barədə Müstəqil Həmkarlar Birliyinin sədr müavini Xəzər Teyyublu məlumat verib.
Xəzər Teyyublu bildirib ki, müraciətlər əsasən tibbi sığorta, işsizlik, maaşların verilməməsi, müxtəlif sosial hüquqların pozulması ilə bağlıdır:
"Biz də üzərimizə düşəni edirik. Müraciətləri dəqiq şəkildə araşdırırıq, yoxlayırıq, sonra həllinə dəstək olmağa çalışırıq. Misal üçün maaşlarının verilməməsi, gecikdirilməsi kimi hallar olub, bu istiqamətdə addımlarımız müsbət nəticə verib. Ümumən sosial problemlərlə bağlı şikayətlər çoxdur”.
X.Teyyublu vurğulayıb ki, bu yöndə ilk növbədə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası iş görməlidir:
“Amma bu qurum nə ictimai həyatda var, nə mətbuatda fəaliyyəti qabarıq şəkildə görünmür. Əslində Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası elə qurumdur ki, əməkçinin yanında dayanmalıdır, əmək müqaviləsi və Əmək Məcəlləsinin tələblərindən irəli gələrək, vətəndaşların hüquqlarını müdafiə etməlidir. Bu gün həyatın bütün sahələrində çətinliklər mövcuddur. Xüsusən də işsizlik, təqaüdlər, icbari tibbi sığorta ilə bağlı. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası isə səsini çıxarmır. Biz onların hansısa açıqlamasını, hökumətə təkliflər paketini görmürük. Bu gün əhalinin ən yaralı yeri icbari tibbi sığortadır. Hər hansı xəstəxanada tibbi sığorta ilə müayinədən keçmək işgəncəyə çevrilib. Çünki prosedur tələblər o qədər çətinləşib ki, insanlar bezirlər. Amma Səttar Mehbalıyevin rəhbərlik etdiyi qurum bu yöndə hansısa müsbət fəaliyyəti ilə seçilmir. Onlar üzvlük haqqı və dövlət dotasiyası hesabına fəaliyyət göstərirlər. Ona görə xalq Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının fəaliyyətini görmür. Əgər görsəydi, insanlar ona müraciət edərdi, bu qurum əhalinin güvən yerinə çevrilərdi. Amma onlar “burda mənəm, Bağdadda kor xəlifə" iddiasındadırlar.
X.Teyyublu məhz bu kimi səbəblərdən Müstəqil Həmkarlar Birliyinin təsis edilməzi zərurətinin yaranmasını vurğuladı:
“Biz hesab edirik ki, bu təşkilat vətəndaşların müdafiəsi ehtiyacından yarandı. Misal üçün Bakıda sənaye müəssisələri varıydı: vauçerlər, çeklər verilmişdi, amma onların aqibəti bilinmədi. Bu məsələ də qaldırılmadı. O halda Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası vətəndaşın ən vacib problemlərini nə vaxt müdafiə edəcək? Cəmiyyət bu qurumu demək olar ki, unudub. Ona görə biz Müstəqil Həmkarlar Birliyi olaraq özümüz bu istiqamətdə xalqa yardım etməyə çalışacağıq. Bizim Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası ilə rəqabət aparmaq fikrimiz yoxdur. Çünki resurslar bərabər deyil. Sadəcə, vətəndaşlara biz dəstək verəcəyik ki, onlar da anlasınlar ki, əhalinin problemləri ilə maraqlanmaq lazımdır”.
X.Teyyublu bir daha Müstəqil Həmkarlar Birliyinin Qaynar Xəttinin wothsapp nömrəsini (0555562542) qeyd edərək bildirib ki, bu nömrə 24 saat ərzində açıqdır və vətəndaşlar üzləşdikləri problemlərlə bağlı səsli və yazılı mesaj göndərə bilərlər.
Qeyd edəl ki, son zamanlar Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Mehbalıyevin ailə biznesinin siyahısı yayılıb. Bu da qurumun fəaliyyətini bir daha ortaya qoyur.
SEVDA
Versus.Az
Xəbər lenti
Sakinlərin nəzərinə! - İŞIQ KƏSİLƏCƏK
Təmir işləri yekunlaşdıqdan sonra...