“Nine Senses” incəsənət mərkəzində "100" - SƏRGİ

19:05 06-05-2023 | icon 398 | Cəmiyyət
“Nine Senses” incəsənət mərkəzində "100" - SƏRGİ

Xəzər dənizinin sahilində, Sea Breeze Resort ərazisində yerləşən “Nine Senses” incəsənət mərkəzində "100" adlı sərginin qapalı nümayişi keçirilib.

 

Versus.Az xəbər verir ki, rəssam Kənan Əliyev və heykəltəraş Namik Hüseynovun yüz cüt əli nümayiş etdirən “100” adlı sərgisi “Heydər Əliyev ili” çərçivəsində keçirilir və ümummilli liderin anadan olmasının 100 illiyinə həsr olunub.

 

Ekspozisiya-sərginin unikal ideyası bir sıra simvolları özündə əks etdirir. Sərginin müxtəlif sənaye sahələrində vətənin rifahı naminə çalışan görkəmli şəxsiyyətlərin mədəniyyət və incəsənət, idman və musiqinin inkişafında naminə necə çalışdıqları ideyasına əsaslanır və lakonik (qısa) desək, onu öz hüdudlarından çox-çox uzaqlarda tərənnüm edir. Həmişə bu insanların, eləcə də xalqının yanında ulu öndər Heydər Əliyev olmuşdur.

 

Heydər Əliyevlə görüşən yüz şəxsiyyət, yüz tale, yüz cüt əl. Əl xətti boyunca bir-birinə qarışan talelər. Əl sıxma qaydası ilə bu əllərə toxunmaqla onların ünsiyyətdə olduğu insanlara da toxunmaq deməkdir. Əllər təzahür edilmiş maddiləşdirilmiş forma, bədənin ifadə elementidir. Aristokrat əlləri var, fəhlə əlləri var. Əllərdə fala baxıb, ovuc içindəki tale cizgilərində qərarlanan seçim də var. Əllər öz planlarını həyata keçirir, yaradıcılıq, şah əsərlər, həyat yaradır!

 

Hər birimiz yaradıcıyıq: kimsə qurur, kimsə rəqs edir, kimsə heykəl yaradır, kimsə müalicə edir, kimsə maşın sürür, kimsə yazır, kimsə toxum əkib torpaq şumlayır, kimsə yemək bişirir ...

 

Əllər kimisə qucaqlayır və bağrına basır. Dosta salam verəndə, yad adama onu xilas etmək və ya qorumaq istəyəndə əlimizi uzadırıq. Əllər silah tutur, Vətəni və xalqı qoruyur. Əllərimizlə yazırıq, musiqi yaradırıq və insanların qəlbinə toxunan şəkillər çəkirik. Demək ki, əl ürəyin davamıdır.

 

Bütün bunlar rəssam Kənan Əliyevi və heykəltəraş Namik Hüseynovu qlobal layihə yaratmağa ruhlandırdı. Onlar birlikdə böyük müasirlərin əllərindən 100 qəlib yaratdılar.

 

“100” sərgisində xalq rəssamı Ömər Eldarovun, tanınmış onkoloq Cəmil Əliyevin, memar Rasim Əliyevin, Milli Qəhrəman Mədət Quliyevin, xalq yazıçıları Anarın, Çingiz Abdullayevin, Azərbaycan xalqının böyük dostu qazax yazıçısı Oljas Süleymenov, dünya şöhrətli xanəndə Alim Qasımov və Arif Babayev, ifaçılar Azər Zeynalov, Əlibaba Məmmədov, rəssam Vadud Müəzzin, sosial və hərbi reportajları ilə planetdə milyonlarla insanın qəlbini fəth edən məşhur fotoqraf Reza Deqatinin əllərini görürük.

 

Sərginin müəllifləri SSRİ-nin və Azərbaycanın xalq rəssamı Tahir Salahovun ölümündən sonra əl qəlibini düzəltməyə nail olublar.

 

“Mən həmişə böyük insanların əllərindən ibarət muzey yaratmaq arzusunda olmuşam” deyən 58-ci Venesiya Biennalesinin iştirakçısı Kənan Əliyev qeyd edir ki, “100” adlı bu sərgi öz əlləri və saf ürəkləri ilə dünyamızı daha yaxşı, daha gözəl və təhlükəsiz edən dahi adların, müasirlərimizin əbədiləşdirilməsi kimi böyük arzusunun bir hissəsidir.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq