“Şirin, amma şəkərsiz” - TƏQDİMAT
Xəzər dənizinin sahilində, Sea Breeze Resort ərazisində yerləşən Vida Cafe restoranının açılışı və Leyla Əliyeva və Metin Kadikin “Şirin, amma şəkərsiz” adlı yemək kitabının təqdimatı və yeni sağlam qidalanma menyusunun dequstasiyası baş tutub.
Versus.Az xəbər verir ki, bu yaz Bakıda Heydər Əliyev Fondunun vitse-prezidenti, rəssam və şair Leyla Əliyeva və aşpaz Metin Kadikin“Şirin, amma şəkərsiz” adlı kitabı işıq üzü görüb. Kitab kağız və elektron versiyada dörd dildə nəşr olunub (Azərbaycan, rus, ingilis və türk). Leyla Əliyeva ön sözdə yazır: “Sizin üçün xoş arzularla hazırlanmış kitab sevgi, musiqi və dualarla doludur.
Minlərlə söz və sevgi və rəğbət ifadələri əvəzinə, bəzən əziz bir insan üçün şirin bir şey bişirmək kifayətdir. Bu kitabda, təkcə öz sağlamlığını deyil, başqa insanların da sağlamlığını düşünən müəlliflər, yalnız peşəkar kulinariya mütəxəssislərinə məlum olan təbii dadlandırıcılarla sağlam inqrediyentlərə əsaslanan reseptlər təklif edirlər.
Fiqur və sağlamlığa zərər vermədən dad zənginliyi ilə seçilən köklü keksi, yulaf ezmesi, portağal, püstə, badam kurabiyeleri kimi belə xoş, dadlı və ətirli sürprizdən yaxşı nə ola bilər? Reseptlərdə şirin dadın müxtəlif çalarları oqava, ağcaqayın, steviya, bal quru ərik, xurma, əncir, üzüm şərbətlərindən asılıdır. Kitabdakı desertlərin bəziləri veganlar üçün uyğundur, digərləri isə, ümumiyyətlə, bişirilməyə ehtiyac duyulmur. Bütün reseptlərdə bu və ya digər formada təbii vitaminlər var: yerkökü, giləmeyvə, portağal, alma, qoz-fındıq və hətta tomat pastası.
“Sağlam, təbii və balanslı qidalanma Leyla Əliyeva ilə mənim daim danışdığımız mövzulardır. Biz bu kitabı zərif şəkər və ya emal olunmuş məhsullar olmadan təbii inqrediyentlərdən maksimum istifadə etməklə daha sağlam və dadlı reseptlər hazırlamaq ideyası ilə yaratdıq. Eyni zamanda, bütün bu inqrediyentlərin asanlıqla tapılmasına və hər kəsin evdə bişirə biləcəyinə əmin olduq”, - Metin Kadık deyir.
Tədbirdə jurnalistlər kitabdakı bəzi desertlərin dadına baxaraq, onları dəyərləndirdilər. Onları qonaqlarımız üçün aşpaz Mətin Kadik özü hazırlamışdır.
Günün yekun akkordu Vida Cafe restoranının açılış mərasimi və qonaqlar üçün heyrətamiz desertlər və isti yeməklər hazırlanması idi. Aşpaz Metin Kadik düzgün və sağlam qidalanmanın əsas prinsipləri haqqında danışaraq, yeni menyusunun dequstasiyasını təşkil etdi. Aşpaz, həmçinin bu mövzuda jurnalistlərin suallarını cavablandırdı.
Türkiyədə, Dubayda və Banqkokda restoranlara rəhbərlik etmiş tanınmış aşpaz Metin Kadik halhazırda Azərbaycanda fəaliyyət göstərir.
Ayəndə Dadaşova
Versus.Az
Xəbər lenti
Sakinlərin nəzərinə! - İŞIQ KƏSİLƏCƏK
Təmir işləri yekunlaşdıqdan sonra...