“Liverpul” kənarda qaldı, “Mançester Yunayted” isə...

10:17 26-05-2023 | icon 355 | İdman
“Liverpul” kənarda qaldı, “Mançester Yunayted” isə...

İngiltərə Premyer Liqasında 32-ci turdan təxirə salınmış oyun keçirilib.

 

Versus.Az xəbər verir ki, “Mançester Yunayted” öz meydanında “Çelsi”ni qəbul edib.

 

Matç “qırmızı şeytanlar”ın böyük hesablı qələbəsi ilə başa çatıb - 4:1. Karlos Kazemironun hesabı açdığı qarşılaşmada “Mançester Yunayted”in digər qollarını Antoni Marsyal, penaltidən Brunu Fernandeş və Markus Reşford vurublar. “Çelsi”də isə Joau Feliks fərqlənib.

 

Qələbə sayəsində xalını 72-yə çatdıran “Mançester Yunayted” “Nyukasl”ı geridə qoyaraq 3-cü pilləyə yüksəlib. Erik ten Haqın komandası bununla da Çempionlar Liqasına vəsiqəni rəsmiləşdirib. Eyni zamanda “Liverpul”un qitənin bir nömrəli klub turnirindən kənar qalacağı dəqiqləşib. Hazırda 66 xalı olan “qırmızılar” 4-cü “Nyukasl”dan 4 xal geri qalırlar və qalan bir matçda bu fərqi aradan qaldırmaq mümkünsüzdür.

 

Uğursuz mövsüm keçirən “Çelsi”yə gəlincə, komanda 43 xalla 12-cidir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu, riyakarlığın və ikiüzlülüyün son həddidir"

Bakı metrosu ilə bağlı PİS XƏBƏR

Rusiyalı alimdən maraqlı AÇIQLAMA

Bu gün Beynəlxalq MÜƏLLİMLƏR GÜNÜdür

Peraki satılan yerdə İYRƏNC MƏNZƏRƏ

Taksilərlə bağlı YENİLİK

İstanbulda dəhşətli CİNAYƏT

Zəngilanda yeni yaşayış KOMPLEKSİ

"Müəllimlərin cəmiyyətin inkişafında rolu əvəzsizdir"

Türkiyədə bir İLK

Bakı Təşəbbüs Qrupundan BƏYANAT

Vaşinqtonun "məsələnin mənsiz həlli yoxdur" iddiası

Xızıda avtomobil AŞDI

Zakir Həsənov əmr İMZALADI

“Tütək səsi” filminin Tapdıqla Cümrüsü 50 il sonra...