“Bu, insanların müdafiə hüququnu məhdudlaşdırır”

17:36 02-11-2017 | icon 571 | Siyasət
“Bu, insanların müdafiə hüququnu məhdudlaşdırır”

KXCP qərargahında Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin növbəti yığıncağı keçirilib. Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, BAP sədri Elşad Musayev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev iştirak edib.

Versus.Az xəbər verir ki, iclasa sədrlik edən Azadlıq partiyasının sədri Ə.Orucun verdiyi məlumata görə sədrlər Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılıması münasibətilə bütün Türk Dünyasını təbrik edib, Azərbaycanın “altun körpü” olması haqda tarixi deyimlərin bir daha təsdiqini tapdığını qeyd ediblər.

Əməkdaşlıq Şurası məhkəmələrdə nümayəndəlik institutunun ləğvini insanların müdafiə hüququnun  məhdudlaşdırılması kimi qiymətləndirib. 10 milyonluq əhalisi olan bir ölkədə cəmi 970 vəkilin fəaliyyətinə icazə verilməsinin doğru olmadığını bildirib.

Əməkdaşlıq Şurası KXCP qərargahında 15 noyabr saat 12-də Milli Dirçəliş Günü ilə bağlı Dəyirmi masanın keçirilməsi barədə qərar qəbul edib.

KXCP sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, BAP sədri Elşad Musayev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev Moderator.az saytını fəaliyyətə  başlamasının 5-ci ildönümü münasibətilə təbrik edib.

Bundan başqa ölkədəki içtimai-siyasi vəziyyət, gündəmin digər aktual məsələləri müzakirə olunub.

İlahə
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?