Qərbi Azərbaycan İcmasının yeni loqosu

14:25 07-06-2023 | icon 359 | Cəmiyyət
Qərbi Azərbaycan İcmasının yeni loqosu

Qərbi Azərbaycan İcmasının yeni loqosu ictimaiyyətə təqdim edilib.

 

Bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.

 

Bildirilib ki, təqdimat mərasimi ilə bağlı keçirilən mətbuat konfransında icmanın sədri, millət vəkili Əziz Ələkbərli media nümayəndələrinə loqo barədə məlumat verərək bildirib ki, loqonun tərtibatında İrəvan xanlığının bayrağında yer alan Günəş və Azərbaycan dövlətinin rəmzlərindən biri olan səkkizguşəli ulduz bir-biri ilə sintez edilərək Azərbaycan bayrağının rənglərində təcəssüm olunub. Üçbucaq şəklində olan hər bir ikon öz evlərindən deportasiya olunmuş qərbi azərbaycanlıları təmsil etməkdədir. İkonların üçkünc olması rəmzi olaraq öz ata-baba yurdlarına qayıtmaq istəyi ilə yaşayan soydaşlarımızın evlərinə doğru olan istiqamətini ifadə etməkdədir. Üçbucaq ikonların dairə şəklində birləşməklə yaratdığı birlik Qərbi Azərbaycan İcmasını təmsil edir.

 

Mətbuat konfransında loqonun tərtibatçısı, Türkiyədə yaşayan tanınmış azərbaycanlı dizayner Adəm Yunisovun onlayn çıxışı dinlənilib. Adəm Yunisov məhz onun dizayn etdiyi loqonun seçilməsindən məmnunluğunu ifadə edərək İcmaya uğurlar diləyib.

 

Qeyd edək ki, Adəm Yunisov 1978-ci ildə Azərbaycanda doğulub. Ali təhsilini Ankarada Hacettepe Universitetinin Kompüter mühəndisliyi bölümündə alıb. Türkiyədə şirkət yaradan dizayner öz layihələri, qazandıqları uğurlarla müxtəlif ölkələrdə tanınır.

 

Adəm Yunisov ilk dəfə öz vətənində, Bakıda keçirilən Birinci Avropa Oyunlarının loqosunun müəllifi kimi məşhurlaşıb.

 

Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş loqotip də onun əl işidir.

 

Adəm Yunisov həmçinin Türk Dövlətləri Təşkilatının ali ordeni olan “Türk Dünyasının Ali Ordeni”nin dizayn müəllifidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq