“Bak-Tbilisi-Qars layihəsi bir hadisədir, amma…” – MÜSAHİBƏ
“5-ci kalon hərəkətə gətiriləcək”
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin Versus.Az-a müsahibəsi.
– Əli bəy, Bakı-Tbilisi-Qars layihəsini necə dəyərləndirirsiniz?
– Bu çox mühüm bir layihədir. Onu təkçə nəqliyyat hadisəsi kimi deyil, iqtisadi və daha çox siyasi hadisə kimi qiymətləndirmək lazımdır. Hesab edirəm ki, bu, transsibir yükdaşıma xəttinə alternativ olan və bu günə qədər Rusiya üzərindən daşınan yüklərin Azərbaycan üzərindən daşınma planını özündə əks etdirən böyük bir strateji layihədir.
– Siyasi əhəmiyyəti nədir?
– Bu gün dünyanın aparıcı telekanalları hadisəyə qiymət verən zaman bunu Rusiyadan keçən kənar xətt kimi qiymətləndirir. Bu, Rusiyanın quru yolu ilə Çin üzərindən daşınan yüklərə olan monopoliyasının aradan qaldırılmasıdır. Sözsüz ki, bunun Azərbaycan üçün iqtisadi mahiyyəti olacaq. Siyasi tərəfi isə Azərbaycanın dünya yükdaşıma şəbəkələri içərisində yeni bir damarın əmələ gəlməsidir. Londondan Çinin şəhərlərinə qədər yükdaşımalarda əhəmiyyətli rol ala biləcək ölkəyə çevrilmək şansımız yüksəlir. Bu baxımdan Bak-Tbilisi-Qars layihəsini bir hadisə kimi qiymətləndirirəm. Bu, ölkəmizin təxminən Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, TANAP, TAP kimi qaz kəmərlərindən götürə biləcəyi iqtisadi mənfəətlərlə yanaşı, Azərbaycan siyasi mənada nüfuzunu artırmaqla, dünyanın özündən asılı elədiyi proseslərin içərisində olacaq.
– Bu layihə Azərbaycanın haqq səsini dünyaya çatdırması və Dağlıq Qarabağla bağlı dünyanın ədalətli yanaşmasını bərpa etmək üçün ona hansı təsir imkanları qazandıracq?
– Azərbaycanın çəkisi dünya ictimaiyyətində artdıqca, dünyanın iqtisadi payında rol aldıqca, onun daxili problemlərinin aktuallaşması və dünya çapında mahiyyət daşıması kimi bir dəyişiklik ala bilər. Ancaq bu tək bir qaz kəmərinə, dəmir yoluna, neft kəmərinə bağlı olan məsələ deyil. Bu, kompleks məsələdir ki, Azərbaycan dövlət olaraq öz haqlarını tələb etməyi bacarmalıdır. Azərbaycanda dünyanın qəbul etdiyi normalar qəbul olunmalıdır. Ölkəmiz beynəlxalq aləmdə insan haqlarını pozan, rüşvət, korrupsiyanın hökm sürdüyü bir yer kimi qavranır. Bunu önə çəkən böyük güclər digər məsələləri kölgədə saxlayırlar. Dünya Azərbaycanın maraqlarını bir müsəlman ölkəsi kimi təbii ki, təmin etməyəcək. Bu gün Avropada baş qaldırmış separatçı hərəkətlənmələr əslində Azərbaycanın marağı daxilindədir. Azərbaycan Avropa Biliyi dövlətlərinin dəstəklədiyi ərazi bütövlüyü prinsipini Dağlıq Qarabağ məsələsində gündəliyə gətirməyi bacarmalıdır. Ancaq Azərbaycan hakimiyyəti özü haqqında bir qədər fərqli rəylər formalaşdırıb ki, hətta haqlı olduğumuzu belə, dünyaya çatdıranda, dünya bizim səsimizə etinasız qalır. Ona görə də Azərbaycan kompleks olaraq bu cür strateji layihələri həyata keçirməklə yanaşı, Dağlıq Qarabağ probleminə təsiri olan güc mərkəzlərinin qəbul etdiyi davranış qaydalarını daxildə bərqərar etməyi bacarmalıdır. Siyasi məhbusu olan, korrupsiyaya qurşanmış, öz vətəndaşlarının haqını qorumağı bacarmayan, seçkiləri saxtalaşdıran bir daxili mühitlə biz Dağlıq Qarabağı geri qaytarmaqda çətinlik çəkəcəyik.
Şimali İrqada, İspaniyada, İtaliyada dövlətin müstəqilliyinə hörmətlə yanaşan Avropa Azərbaycan problemlərini görməzdən gəlir.
Biz bilirirk ki, dünya özü də korrupsioner və rüşvətxor dünyadır. Biz bilirik ki, Liviyada Qəddafi deviriləndən sonra məlum oldu ki, insan haqlarının carçılarından biri kimi tanınan Fransanın prezidentinin seçki kampaniyasını maliyyələşdirib, Fransanın nazir və deputatları Qəddafinin pulu ilə dünya krortlarında istirahət edirlərmiş. Ancaq heç yerdə dünya açıq şəkildə çirkaba bulaşmış formada hakimiyyət yürütməsini qəbul etmir.
Son misal: Cənubi Koreyann prezidenti yanındakı bir adamın korrupsiyaya bulaşdığını görüb onu istefa verməyə məcbur etdi. Braziliya prezidenti bir tikinti şirkətinin ona bağışladığı mənzilə görə istefa vermək məcburiyyətində qaldı. Dövlətlər korrupsiya faktlarını üzə çıxarırlar. Amma bizdən fərqli olaraq həmin korrupsiyada əlinin olduğu sübut olmuş adamlar hakimiyyətdə qalmırlar. Yaxud həmin dövlətlərin daxilində elə institutlar var ki, – məhkəmələr, parlamentlər – onlar bu məsələlərdə ədalətlə iştirak edirlər. Bizdə bütün hakimiyyət qolları yalnız bir siyasi qüvvənin nəzarətindədir.
“Legitim hakimiyyət olmadıqca...”
– Bu layihə ilə paralel Azərbaycan hansı addımları atmalıdır ki, dünyaya təsir imkanlarını qazana bilsin?
– Birinci növbədə hakimiyyəti legitimləşdirmək lazımdır. Buna paralel olaraq ölkənin və dünyanın qəbul etdiyi normal siyasi proseslər başladılmalıdır. Ölkədə legitim hakimiyyət olmadıqca, bu layihələr dünyanın quldur qüvvələrinə xidmət edəcək. Həmin quldur qüvvələr hakimiyyətin havadan asılı olduğunu görüb, Azərbaycana məxsus olanları təsir yolu ilə hakimiyyətin və xalqın əlindən alacaqlar.
“Böyük güclərin təzyiqinə məruz qalacağıq”
– İqtisadi layihə olaraq ölkəmizə qarşı hansı siyasi əks təsirləri ortaya çıxara bilər?
– Bu, Azərbayacana iqtidsadi mənfəət gətirəcək, amma böyük güclərin təzyiqinə də məruz qalacağıq. Əminəm ki, Rusiya bu hadisəyə sakit yanaşmayacaq. Məhz qaz kəməri ilə bağlı İtaliyada qaldırılan məsələ, guya yerli bələdiyyənin TANAP layihəsinin tikintisinə müqavimət göstərməsi Rusiyanın işidur. Həmin o parlamentdə təmsil olunan “5 ulduz” siyasi qüvvə Rusiya ilə əlaqəlidir və onların təhriki ilə TANAP-ın qarşısı alınır ki, QAZprom-un dünyadakı nüfuzu qalsın. Hesab edirəm ki, Rusiyanın 40 kilometr haqqında qəbul elədiyi qərar Dumada fraksiya rəhbərlərindən biri olan Jrinovskinin bu yaxınlarda “Azərbaycanla Ermənistanın Rusiyanın daxilinə qatılsın” kimi bəyanatlar və Azərbaycandan daşınan tərəvəzlərin qarşısının alınması – hamısı Rusiyanın həm də bu məsləyə göstərdiyi təzyiqdir. Düşünürm ki, bundan sonra Azərbaycanın daxilindəki 5-ci kalon hərəkətə gətiriləcək. Mən hakimiyyətin daxilində baş verən qarşıdurmaları bu layihələrlə əlaqələndirirəm. Rusiyapərəst qüvvələr Azərbaycanda yeni namizədin ortaya gəlməsinə maneəçilik yaradırlar. Bu gün ən ciddi və təhlükəli proses hakimiyyətin daxilində gedir.
“YAP-ın yeni namizədi ortaya çıxarmasına maneçilik törədirlər”
Hakimiyyətdə “betonlaşmış” hakim qüvvələr nəzarəti itirmək istəmirlər. Açıq-aşkar 2013-cü ildə olduğu kimi, YAP-ın yeni namizədi ortaya çıxarmasına maneçilik törədirlər. Hələ şəxsi kanallardan aldığım məlumatları ictimailəşdirmək istəmirəm. Dəqiq bilirəm ki, daxildə çox ciddi gərginlik var və bunun beynəlxalq əlaqələrə malik olmasına əminəm. Rusiya Azərbaycanı nəzarətindən çıxmağa qoymur və çalışır ki, onu öz layihələrinə – Avrasiya İttifaqına, Gömrük Sazişinə, KTŞ-na cəlb etsin. Azərbaycan Rusiya strukturlarına inteqrasiya etsə belə, layihələr Ermənistanda və digər dövlətlərdə olduğu kimi, Azərbaycan da Rusiyanın nəzarətinə keçəcək.
T.Qafarlı
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...