Yeddi ildən sonra “AzDrama”nın səhnəsinə çıxacaq

20:30 19-06-2023 | icon 474 | Şou-biznes
Yeddi ildən sonra “AzDrama”nın səhnəsinə çıxacaq

Xalq artisti Mehriban Zəki 7 ildən sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsinə çıxacaq.

 

Versus.Az xəbər verir ki, bu barədə aktrisa “Qafqazinfo”ya danışıb.

 

O, yazıçı-dramaturq Şıxəli Qurbanovun “Sənsiz” əsəri əsasında hazırlanacaq eyniadlı tamaşada baş rollardan birini canlandıracaq:

 

“Səhnədə sonuncu çıxışım 2016-cı ildə Erik Emmanuel Şmidtin "Müsyö İbrahim və Quran çiçəyi" adlı əsəri əsasında hazırlanan tamaşasında olub. Əslində işdən çıxmamışam, sadəcə bu illər ərzində rol verilmirdi. Bu, mənə də təəccüblü gəlir.

Bu il teatra rəhbər təyin olunan Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə dedi ki, teatr ştatında olan bütün aktyor və aktrisalar tamaşalarda rol almalıdırlar. Mənə də “Sənsiz” tamaşasında rol almağı təklif etdi, razılaşdım. Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadədir. Mən Sevinc obrazını canlandırıram”.

 

Qeyd edək ki, 2016-2023-cü illərdə “AzDrama”nın baş direktoru Azər Paşa Nemətov olub. O, apreldə 75 yaşında vəfat edib. Ötən ay isə Akademik Milli Dram Teatrına Mehriban Ələkbərzadə bədii rəhbər təyin edilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu, riyakarlığın və ikiüzlülüyün son həddidir"

Bakı metrosu ilə bağlı PİS XƏBƏR

Rusiyalı alimdən maraqlı AÇIQLAMA

Bu gün Beynəlxalq MÜƏLLİMLƏR GÜNÜdür

Peraki satılan yerdə İYRƏNC MƏNZƏRƏ

Taksilərlə bağlı YENİLİK

İstanbulda dəhşətli CİNAYƏT

Zəngilanda yeni yaşayış KOMPLEKSİ

"Müəllimlərin cəmiyyətin inkişafında rolu əvəzsizdir"

Türkiyədə bir İLK

Bakı Təşəbbüs Qrupundan BƏYANAT

Vaşinqtonun "məsələnin mənsiz həlli yoxdur" iddiası

Xızıda avtomobil AŞDI

Zakir Həsənov əmr İMZALADI

“Tütək səsi” filminin Tapdıqla Cümrüsü 50 il sonra...