“Titanik”in qəzaya uğradığı yerdə maraqlı olay
Turistləri “Titanik” sərnişin laynerinin batdığı yerə aparmaq üçün istifadə edilən sualtı eniş aparatı Atlantik okeanında itib.
Bu barədə bazar ertəsi Boston Sahil Mühafizəsi məlumat yayıb.
Məlumata görə, artıq axtarış-xilasetmə əməliyyatına başlanılıb. Sualtı qayıqda 5 nəfərin olduğu vurğulanır. Onların arasında britaniyalı milyarder Hemiş Hardinq də var.
Qayığın itməsinin mümkün səbəblərdən biri onun 2900 metr dərinlikdə yerləşən qayalara çırpılmasıdır.
Qeyd edək ki, “Titanik”in qalıqları təxminən 4000 metr dərinlikdə yerləşir.
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi