Budların kökəlməsi demensiyanı artırır

09:40 22-06-2023 | icon 418 | Sağlamlıq
Budların kökəlməsi demensiyanı artırır

Demans - əqli çatışmazlıq adətən, yaşlı insanlarda müşahidə olunur.

 
 
 
Pittsburq Universitetinin alimləri müəyyən ediblər ki, bədənin əzələlərindəki piy səviyyəsi (əzələ piylənməsi) insanın yaşla idrak qabiliyyətinin zəifləməsi ilə birbaşa əlaqəlidir.
 
 
Tədqiqatçılar 69-79 yaş arası 1634 yaşlı insanda bud əzələlərinin yağ tərkibini qiymətləndirdilər. Ölçmələr beş il ərzində aparılıb.
 
 
Alimlər müəyyən ediblər ki, əzələ yağının tədricən artması koqnitiv funksiyaların, xüsusən də təfəkkür və yaddaşın daha sürətli və kəskin azalması ilə əlaqələndirilir. Nəticələr kişilər və qadınlar üçün eyni idi.
 
 
Koqnitiv pozğunluq riski ümumi çəkidən, bədən yağının faizindən və əzələ xüsusiyyətlərindən (məsələn, əzələ gücü və ya əzələ kütləsi) və ya demans üçün ənənəvi risk faktorlarından asılı deyildi.
 
 
Araşdırmalara görə, əzələ piyləri digər yağ növlərindən və ya digər əzələ xüsusiyyətlərindən fərqli olaraq, idrak qabiliyyətinin azalmasında mühüm rol oynayır.
 
 
Növbəti addım əzələ yağının, əzələ piylənməsinin azaldılmasının demans riskini azaldıb-azaltmayacağını təyin etməkdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...