Satınalmada şəffaflığı təmin etmək üçün nə etməli?
Vahid Əhmədov: “Satılmaları 30 faizə qaldırmalıyıq, çünki...”
“Satınalmalaırn tətbiq dairəsini genişləndirməliyik. Elə orqanlar var ki, dövlət büdcəsinin 14-15 faizini təşkil edir. Amma satnalmalarda iştirak etmir”.
Versus.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Vahid Əhmədov “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı bildirib.
V.Əhmədov qeyd edib ki, “Dövlət satınalmaları haqqında” qanununun qəbulundan 22 il keçib və müasir tələblər yeni qanunun qəbul olunmasını vacib edir.
Deputat eyni zamanda qeyd edib ki, satanılmalarla bağlı vəziyyət 18.6 milyard olmaqla dövlət büdcəsinin 20 faizini təşkil edir:
“Satılmaları 30 faizə qaldırmalıyıq. Kiçik, Orta sahibkarlığın satınlalmalarda iştirakı təmin edilməlidir. Şirkətlər Tenderlərdə iştirak etməlidir”.
V.Əhmədov hesab edir ki, Satınalmada şəffaflığı təmin etmək üçün elektron sistemin genişlənməlidir:
“Elə şirkətlər var ki, tenderi udurlar. Amma üzərindən vaxt keçəndən sonra udan şirkət tenderdən kənarda qalır. Ona görə də, bir gün də vaxt vermədən tenderi udan şirkəti portalda elan etmək lazımdır. Satınalma komissiyalarının təyin edilməsi, bu qanun layıhəsindəvar”.
TAHİRƏ
Versus.Az
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi