“Qarayaxmaları ayaq tutacaq, amma yerimiyəcək, topal qalacaq”

12:56 30-10-2017 | icon 586 | Siyasət
“Qarayaxmaları ayaq tutacaq, amma yerimiyəcək, topal qalacaq”

“Xaricdəki havadarlarının sayəsində təlimatlanıb yenə qara piara əl atacaqlar”

 “2017-ci il Müstəqil Azərbaycanın tarixində ən uğurlu səhifələrdən biri kimi yadda qalacaq. Bu gün Azərbaycan dövləti düşmənləri sarsıdan daha bir uğura imza atdı. İstər xaricdən, istərsə də hakimiyyətin daxilindən bugünkü uğurun heç vaxt baş tutmaması üçün çaba göstərənlər çox oldu”.

Versus.Az xəbər verir ki, bunu Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı ilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib. Partiya sədrinin sözlərinə görə, öz çirkin niyyətlərini hər an həyata keçirmək üçün fürsət gözləyən güclər heç şübhəsis ki, bu uğurdan çaşqın duruma düşüblər:

“Azərbaycan dövlətçiliyini öz çirkin məqsədlərindən üstün tutan şəxslər bir azdan Bakı-Tbilisi-Qars dəmir yolu xəttini özlərinə uyğun şəkildə müzakirə etməyə başlıyacaqlar. Dövlət başçısının qazandığı uğurları həzm etmirlər axı. Bir azdan xaricdəki havadarlarının sayəsində təlimatlanıb şər-böhtana, qara piara əl atacaqlar”.

MMP sədri qara piardan söz düşmüşkən xeyli vaxtdır özünü müxalifət adlandıran siyasilərin Avropadakı məsləkdaşlarının vasitəsiylə sosial şəbəkədə hədəfə götürüldüyünü, prezidentin əleyhinə onun adından fikirlər yaymaqda davam etdiklərini vurğulayıb:

“Necə ki, illərdir Azərbaycan prezidenti bu dağıdıcı qüvvələrin şər-böhtanlarına, təhqirlərinə, xəyanətlərinə əhəmiyyət vermədən Azərbaycanın daha da inkişafı üçün işlər görür, mən də onun kimi edəcəm, iftira atanları görməzdən, eşitməzdən gələcəm. Amma xəyanətkarların qardaşım İlham Əliyevə qarşı çirkin planlarını həmişə ifşa edəcəm. Onlar mənimlə qardaşımın arasını pozmaq, bizi bir-birimizdən incik salmaq üçün qüz oyundan çıxırlar. Amma özlərinin yalanlarına özlərindən başqa heç kim diqqət vermir. Yalan ayaq tutar, amma yeriməz. Onların da heç bir fakta əsaslanmayan qarayaxmaları ayaq tutacaq, amma yerimiyəcək, topal qalacaq”.

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?