İnyesta BƏƏ klubuna keçir
Andres İnyesta karyerasını BƏƏ çempionatında davam etdirəcək.
İnsayder Fabrizio Romanonun sözlərinə görə, çərşənbə axşamı futbolçu Ras əl-Haymadan olan “Emireyts” ilə müqavilə imzalayacaq.
“Barselona”nın keçmiş yarımmüdafiəçisi ilə BƏƏ klubu arasındakı müqavilə 2024-cü ilin iyun ayına qədər qüvvədə olacaq. Bundan sonra razılaşma daha bir mövsüm uzadıla bilər.
Xatırladaq ki, 2018-ci ildən İnyesta Yaponiya çempionatındakı “Vissel Kobe”də çıxış edib.
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi