Deputata qarşı ŞANTAJ

15:05 22-08-2023 | icon 178 | Cəmiyyət
Deputata qarşı ŞANTAJ

Erotik qalmaqallara cəlb etmək istədilər

 

Milli Məclisin deputatı Əziz Ələkbərli sosial şəbəkələrdə şantaj olunması ilə bağlı paylaşım edib.

 

Versus.Az xəbər verir ki, həmin açıqlamada deyilir:

 

“Bəzi saytlarda “Emmanuel Lustin” adına “Facebook” sosial şəbəkə platformasında 2022-ci il 17 iyun tarixində yayımlanmış və 157 502 bəyənmə sayına malik videonun mənim adıma olan sosial şəbəkə profilləri tərəfindən izlənildiyi və bəyənildiyi iddia olunub. Mənim şəxsi istifadəmdə olan iki “Facebook” profili vardır ki, onların heç biri tərəfindən qeyd edilən video izlənilməyib və videoya münasibət bildirilməyib. Buna baxmayaraq, haqqımda xoşagəlməz və qeyri-dəqiq informasiyanın yayılması, şəxsimə qarşı yönəlmiş qərəzli saxta məlumatlar paylaşılması məndə və yaxın ətrafımda olan insanlarda təəssüf hissi doğurub. Bu addımı atanların əsl niyyəti sifarişlə mənim ictimai nüfuzuma zərər vurmaqdır. Qeyd edilən məlumatlarla bağlı köməkçim sosial şəbəkə mütəxəssisləri ilə birgə araşdırma aparıb. Bu araşdırmalar da yayılan xəbərin tamamilə saxta olduğunu üzə çıxarıb.

 

Araşdırma nəticəsində məlum olub ki, “Emmanuel Lustin”in adına “Facebook” sosial şəbəkə platformasında altı səhifə mövcuddur və ən çox izlənilən (555 000) səhifədə yalnız 2022-ci ilin yanvarından bu günədək paylaşılan videolar mövcuddur.

 

Paylaşılan ekran çəkimində (“screenshot”) olan profil fotosu və “Mremmanuellustin” adlı “Facebook” səhifəsində 2022-ci ilin 10 iyun və 1 avqust tarixləri arasında müəllifin paylaşdığı videoların maksimum bəyənmə sayı 20 000, orta hesabla 10-17 000-dir. 2021-ci ildə yaradılan profildə ilk paylaşım 2022-ci il 27 yanvarda olub və 2023-cü il 21 avqusta qədər paylaşımları arasında 100 000 bəyənməsi olan yeganə postu 15,8 milyon baxış və 6 600 şərhi var. Digər milyondan çox baxışı olan 13 videosunun heç birində bəyənmə sayı 100 000-ə çatmır.  Texniki şərtlərə uyğun olaraq “Facebook” paylaşımı ekran görüntüsü çəkilərkən “videonu bağla” işarəsi göründüyü halda videonun aşağı sağ küncündə bəyənmə, şərh və paylaşım sayı görünməlidir. Videonu böyütmək üçün nəzərdə tutulan işarə ilə sağ yuxarı küncdə olan ekran işarəsi eyni xəttin üzərində perpendikulyar formada yerləşməlidir. Eyni zamanda, sağ yuxarı küncdə ekran işarəsi qara çərçivə içərisində ağ rəngdə olmalıdır. Bəyənənlər və paylaşanlara dair məlumatlar eyni sətirdə olduğu halda, sol və sağ tərəf paralel deyil və sağ tərəfdəki məlumatların aşağı hissəsi oxunmur, bu da şəklin sonradan hazırlandığını göstərir. Bəyənənlər bölməsində yalnız bəyənməyə dair nişan (“icon”) görünsə də, digər mümkün reaksiya işarələri görünmür, halbuki, o xüsusiyyət 2019-cu ildən etibarən “Facebook”da mövcuddur.

 

2022-ci il 17 iyunda paylaşılan videonun bəyənmə sayı 189, şərh sayı - 10, paylaşım sayı - 75, baxış sayı – 50 100-dür. Ekran şəkli paylaşılan postdakı video 2022-ci il 13 iyun tarixində “Emmanuel Lustin” tərəfindən paylaşılıb və 133 bəyənmə, iki şərh, 19 paylaşım, 18 100 baxış qazanıb. 

 

“Google” axtarış platformasında iddia olunan ekran paylaşımındakı başlıq və tarix axtarışı verilərkən, orada göstərilən kimi, 17 iyun 2022 yox, 16 iyun 2022-ci il göstərilib və videonun müəllif tərəfindən silindiyi qeyd edilir. Silinən postun texniki göstəricilərini müəllifin digər videoları ilə müqayisə etdikdə xüsusi proqramlar vasitəsilə artırılmış rəqəmləri görmək mümkündür. Bütün bu faktlar onu göstərir ki, haqqımda bəhs edilən saxta məlumatda göstərilən şəkil hansısa şəxs tərəfindən proqram vasitəsilə düzəldilib, digər şəkillərdən hissələr kəsilərək montaj olunub və yayımlanıb”.

 

Deputat “Media haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edərək, yayılan məlumat təkzib olunmayacağı təqdirdə məhkəməyə üz tutacağını bildirib:

 

“Qanuna görə, media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda hüququ pozulmuş şəxsin və ya onun səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 (bir) ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etməklə yanaşı, birbaşa məhkəməyə müraciət etmək (maddə 18.1), həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır (maddə 23.4). Bununla yanaşı, “Media haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, mediada faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir (maddə 14.1.11).

Haqqımda qərəzli və saxta məlumatlar yaymış media subyektlərini həmin məlumatı təkzib etməyə çağırıram (həmin media subyektlərinə tərəfimdən fərdi qaydada müraciət olunub). Əks halda yuxarıda qeyd edilən qanunun müvafiq maddələri ilə media subyekti tərəfindən fiziki şəxs barəsində yayılmış həqiqətə uyğun olmayan məlumatlar nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini məhkəmə qaydasında tələb etmək, həmçinin, həmin şəxsə dair məlumatların təqdim edilməsində yol verilmiş birtərəfliliyə (əvvəlcədən maraqlı tərəfin mövqeyinin alınmamasına) görə zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti dövlət qurumuna müraciət hüququnu özümdə saxlayıram”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR