İnsan alveri ilə mübarizədə diasporun rolu - MÜZAKİRƏ
Avqust ayının 22-də “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin təşəbbüsü və Daxili İşlər Nazirliyinin iştirakı ilə “İnsan alveri ilə mübarizədə diasporun rolu” mövzusunda dəyirmi masa keçirilib.
Versus.Az xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində təşkil olunan müzakirədə məqsəd insan alveri ilə mübarizə üzrə 4 –cü, 2020-2024- cü illər üzrə Milli Fəaliyyət Planının icrasında iştirakçı tərəflərlə fəaliyyətlərin inkişafı və QHT əməkdaşlığın gücləndirilməsi olub.
Müzakirədə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyinin nümayəndələri, həmçinin bir sıra ölkələrdəki diaspor, üzvləri, qeyri-hökumət təşkilatları və ictimai birlik sədrləri iştirak ediblər. Tədbiri Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbov açaraq mövzunun əhəmiyyətindən danışıb. O, insan alverində bir neçə aspektin olduğuna diqqət çəkib. Komitə nümayəndəsi Baş nazirin sərəncamı ilə işçi qrupunun yaradıldığını və bir ilə yaxındır bu işlə məşğul olduqlarını qeyd edib:
“Qardaş Türkiyədə heç bir sənədi olmayan 10 minlərlə vətəndaşımız yaşayır.Onlardan 5 minə yaxınının müraciətinə baxılıb və 3 minə yaxını pasportla təmin edilib. Bunlar 90-cı illərdə öz həyatını yenidən qurmaq və başqa səbəblərlə ölkədən sovet pasportu və ya şəxsiyyət vəsiqəsini əvəz edən “Forma 9” adlanan sənədlə Türkiyəyə gedənlərdir. Bu, onların vergidən, təhsil hüququndan istifadəsini tamamilə məhdudlaşdırıb”.
O, bu işlərlə bir neçə dövlət qurumu, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Diasporla İş üzrə Dövlət Komitəsinin məşğul olduğunu, vətəndaşlarımıza sənəd verilməsini təmin etməyə çalışdıqlarını vurğulayıb. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mubarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili Vamiq Namənzadə çıxışında diaspornümayəndələri ilə əməkdaşlıqlarından danışıb. Nazirlik nümayəndəsi hansı insanların potensial qurban olduqlarını sadalayaraq, gələcəkdə miqrantların da bu siyahıda yer alacağını qeyd edib:
"Avaralıqla və ya dilənçiliklə məşğul olanlar, səfil, əxlaqsız həyat tərzi sürənlər, kimsəsiz, baxımsız, təhsildən qərəzli şəkildə yayınan uşaqlar, narkotik vasitələrdən və psixotrop maddələrdən asılılığı olan şəxslər insan alverinin potensial qurbanlarıdır. Gələcək qanunvericiliyin təkmilləşdirilməsi hissəsində bura miqrantları da əlavə etmək istəyirik. Həmçinin, bununla bağlı daim əhalinin həssas qruplarda maarifləndirmə işləri həyata keçiririk. İnsanlar getdikləri ölkənin qanunlarını da bilməlidirlər".
Qeyri- Hökumət Təşkilatlaırna Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli insan alveri ilə mübarizədə QHT-lərin rolu mövzusuna toxunub. O, görülən işlərdən, qeyri-hökumət təşkilatlarının çevik fəaliyyətindən nümunələr gətirərək, bu sahədə qarşılaşdıqları problemlərə də toxunub.
Daha sonra çıxış edən BMqT-nin Azərbaycan nümayəndəliyinin əməkdaşı Anar İskəndərov insan alverinə qarşı apardıqları mübarizədən, beynəlxalq və yerli hökumət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqlarından danışıb. O, son zamanlar sosial şəbəkələrin insan alverində və miqrant qaçaqmalçılığında rolunun artdığını, bununla bağlı maarifləndirmə işlərində dolğun informasiyalar hazırlanmasında diaspor icmalarının ciddi rol oynaya biləcəyini xüsusi qeyd edib.
Təşəbbüskar “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da insan alverinə qarşı diasporla birgə görülən işə dair konkret nümunələr göstərib.
Həmçinin Azərbaycanda İİV infeksiyası ilə bağlı miqrantların sosial və tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması, miqrasiyada olan Azərbaycan vətəndaşlarının İİV və vərəmin profilaktikası və müalicəsinə çıxış imkanlarının genişləndirilməsi, miqrantların, miqrasiyada olan Azərbaycan vətəndaşlarının İİV və vərəmin profilaktikası və müalicəsi sahəsində məsafədən qeydiyyata alınması və xidmətlərin göstərilməsində imkanın yaradıllması, İİV/AİDS və vərəmlə bağlı strateji planlarda miqrantlara üstünlük verilməsi, miqrantların İİV/QİÇS və vərəmə qaşrı mübarizədə milli strateji planlara daxil edilməsi,miqrantlar arasında İİV müayinəsini və vərəm skrininqinin miqrantların daha çox aşkar olunduğu yerlərdə mobil bölmələri vasitəsilə aparılması, miqrantlara qarşı stıqmanın azadılması, miqranlar arasında İİV və vərəm xəstəliyi, eləcə də zərərin azadılması proqramları barədə məlumatlandırma kampaniyaları aparılmasını təklif edib.
“Ümidli Gələcək” təşkilatının sədri Kəmalə Aşumova, Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə, “Ailə dünyası” ailələrə hüquqi yardım İB-nin sədri Gülayə Səfərova, İslahatçı qadınlar və İnnovasiyalar İB-nin sədri Vüsalə Hüseynli və “Qadın Təşəbüsü və Sosial Problemlərin həllinə Yardım” İB-nin sədri Zenfira Mustafayevanın çıxışlarından sonra dəyirmi masa diskussiyalarla davam edib.
Məlumat üçün bildirək ki, bundan əvvəl bu mövzuda müzakirə Dini Qurumlarla İş üzr Dövlət Komitəsində keçirilib. Gələcəkdə digər dövlət qurumlarında da görüşlərin təşkili nəzərdə tutulur.
Versus.Az
Xəbər lenti
Sakinlərin nəzərinə! - İŞIQ KƏSİLƏCƏK
Təmir işləri yekunlaşdıqdan sonra...