İslam musiqiyə, incəsənətə qarşıdır?

14:42 24-08-2023 | icon 1862 | Tarix
İslam musiqiyə, incəsənətə qarşıdır?

Tural İrvan: "Bu sənətlər insana, insanlığa, mənəviyyata xidmət etməlidir"

 
 

İlahiyyatçı Tural İrfanın İslamın musiqiyə, incəsənətə qarşı olması ilə bağlı bəzi çıxışlara cavabı:

 
 
Müqəddəs kitabımızda Qiyamət qopanda İsrafilin sur çalmasından bəhs olunur. Yəqin ki, ol müqərrəb mələk də suru ifa edəndə naşı zurnaçılar kimi naqolay yox, düz əməlli bir hava çalacaq. Hətta elə hava çalacaq ki, insan - heyvan qarışıq bütün canlılar ilahi musiqinin ecazından bayılıb dünyalarını dəyişəcəklər. Onun canını da Haqq - təala alacaq. Və deyəcək :" Varmı bir canlı?" Səs gəlməyəcək. Dübarə İsrafili dirildib ikinci suru çalmağı əmr edəcək. Məsum mələk də ikinci ifanı kökləyəcək və elə bir hava ifa edəcək ki, bütün məxluqat yenidən cana gələcək...
 
 
Bəli, bu həqiqətdir. Demək musiqi elə bir təsir buraxacaq ki, ölülər belə o sədalardan riqqətə gələcək.
Allah təala ölüləri musiqi sədası altında dirildəcək.
 
 
Övliya Çələbi yazırdı ki, Musa peyğəmbər çobanlıq edərkən tütək çalardı.
Həzrət Muhəmməd peyğəmbər Məkkədən Mədinəyə hicrət edəndə onu qarşılamağa çıxan müsəlmanlar dəf, qaval, ney sədaları altında nəğmələr oxuyurdular. O həzrət bunu onlara yasaq etmədi.
Əzan və Quran tilavətinin özü məqamlar üstündə oxunur ki, bu da musiqi - muğam sayıla bilər. Nəhavənd, Hicaz, Kürdi, Çargah, Busəlik, Rast, Uşşak, Uzza, Hümayun, Nəva, Bayat, Muhayyər, İsfahan, Gülizar, Hüseyni, Səba, Əcəm və. s. məqamlar Quran və əzanın oxunduğu qaydalardır.
 
 
Quranda musiqinin yasaq olması qeyd olunmur.
Şeirə gəldikdə isə Quranda "Şüəra" , yəni Şairlər surəsi var. Düzdür orada səfeh şeirlər yazan şairlər tənqid olunsa da imanlı və vicdanlı şairlər təqdir olunur.
Peyğəmbərin Həssan bin Sabit adlı şairi vardı...
 
 
Səhabələr, Əhli Beyt İmamları da şeirlər söyləyərdilər. Savaşlarda rəcəz deyərdilər ki, bu da şeirin bir növüdür. Orta əsrlərdə əsərləri yazıya köçürülmüş xeyli müsəlman şair var idi. Xilafət dövründə şeiriyyat inkişaf etdirilirdi. Fərəzdəq kimi şairlər məhz səhabələrin, İmamların zamanında fəaliyyət göstərirdi.
Xəttatlıq vardı. Hələ də Ərəbistan ərazisində səhabələr, tabeinlər tərəfindən qazınaraq qayalara yazılmış Quran ayələri, dualar, kəlamlar qalır. Kağızın məhdud olmasına baxmayaraq İslamın ilk illərindən yazı sənətinə böyük önəm verilirdi.
 
 
Daha sonralar isə xəttatlıq sənəti bütün İslam aləmində geniş inkişaf etdi.
 
Rəssamlıq və heykəltaraşlığa gəlincə isə burada İslam dini müsəlmanların imanı, axirəti, dünyaya, incəsənətə qurban vermə qorxusu var. Ona görə də bütpərəstliyə aparıb çıxarma ehtimalına görə həssas yanaşılıb. O dövrdə insanların sitayiş etdiyi bütləri şübhəsiz ki, heykəltaraşlar düzəldirdi. Kilsə, məbəd divarlarına ikonaları rəssamlar çəkildi. Hətta Kəbədə Həzrət Məryəm və Həzrət İsanın rəsminin olması qeyd olunur. Peyğəmbərin nübuvvətdən əvvəl Suriyaya səfəri zamanı rahiblərin onun rəsmini kilsə divarına çəkməsi də deyilir.
 
 
Bir sözlə İslam dini əsasən elmə, düşüncəyə və imana, Axirət inancına daha çox diqqət və önəm verdiyi üçün bəziləri belə qələmə vermək istəyir ki, guya bu dində sənətə qadağa var. Bu əsla belə deyil. Harama, günaha, küfrə aparmayan rəsm də çəkməyə, musiqi də bəstələməyə, şeir də yazmağa izn var.
Sadəcə bu sənətlər insana, insanlığa, mənəviyyata xidmət etməlidir.
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq