“Femida Könüllüləri” Təşkilatı TƏSİS EDİLİB

14:20 01-09-2023 | icon 253 | Cəmiyyət
“Femida Könüllüləri” Təşkilatı TƏSİS EDİLİB

Ali Məhkəmədə fəaliyyət göstərən bir qrup könüllü gəncin təşəbbüsü ilə “Femida Könüllüləri” Təşkilatı təsis edilib. Təşkilatın yaradılmasında məqsəd gənc peşəkar hüquqşünasların yetişdirilməsinə dəstək, məhkəmələrdə ictimai nəzarətin gücləndirilməsi, məhkəmə-hüquq sistemində gənclərin iştirakçılığının artırılması, məhkəmə xidmətlərində vətəndaş məmnuniyyətinin təmin edilməsi, məhkəmə-hüquq sistemində aparılan islahatların təbliğ və tətbiqinə dəstək, ölkədə aparılan təhsil və gənclər siyasətinə töhfə verməkdir.

 

Təşkilatdan bildirilib ki, “Femida Könüllüləri” Təşkilatı məqsədlərinə nail olmaq üçün ölkədə fəaliyyət göstərən bütün instansiya məhkəmələrində könüllü fəaliyyətinin sistemli qaydada təşkili, hüquq sahəsində təhsil alan gənclərin bilik və peşəkar bacarıqlarının artırılması istiqamətində çalışacaq. Eyni zamanda, layihələrin təşkili, məhkəmə-hüquq sistemində olan islahatların təbliği və tətbiqinə dair fəaliyyətlərin həyata keçirilməsi də nəzərdə tutulub.

 

Qeyd edək ki, təşkilatın sədri Nilgün Məmmədova ADA Universitetinin Hüquq fakültəsinin “Hüquqşünaslıq” ixtisasının üçüncü kurs tələbəsidir. O, tələbəliyinin ilk illərindən universitetdaxili cəmiyyətlərdə, o cümlədən birinci instansiya məhkəmələrində könüllü fəaliyyət göstərib. 2023-cü ildən etibarən ADA Universiteti nəzdində fəaliyyət göstərən “ADA Law Society”nin rəhbəridir. Sədr müavini Rəfael Məhərrəmli isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Hüquqşünaslıq” ixtisasında (tədris ingilis dilində) təhsil alır. Tələbəlik illərində vəkil qurumlarında təcrübə keçib və müxtəlif instansiya məhkəmələrində könüllülük fəaliyyəti ilə məşğul olub. O, həmçinin “AIESEC Azərbaycan” beynəlxalq təşkilatının layihə meneceridir.

 

Digər sədr müavini Xatın Osmanlı 2016-2020-ci illər ərzində Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində təhsil alıb. 2021-ci ildə ADA Universiteti Hüquq fakültəsinin “Hüquqşünaslıq” ixtisasına daxil olub. Təhsil müddəti ərzində bir çox yerli və beynəlxalq layihələrdə iştirak edib və müxtəlif instansiya məhkəmələrində könüllülük fəaliyyəti ilə məşğul olub. Xatın Osmanlı “Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan”da layihə meneceri və koordinator vəzifəsində fəaliyyət göstərib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq