"Kərkükün özəl bir statusu olmal ıvə bu statusla qorunmalıdır"
Təəssüf ki, son günlər Kərkük Türkmənelinda baş verənlər türkdilli media da öz əksini tapmadı.
Versus.Az xəbər verir ki, İraq Türkməneli Partiyasının başqanı Riyaz Sarıkahya yaşanan hadisə ilə bağlı açıqlamasında Səddam Hüseyn rejimi iqtidarından bu günə qədər Kərkükün demoqrafiq statusu ilə bağlı oynamalar nəticəsində Türkmənelindəki gərginliyin refleks halını aldığını bildirib.
Onun sözlərinə görə Türkmənlərin mağduriyyəti və pozulan haqları çox ciddi şəkildə diqqətə alınmalıdır:
"Baş verən məlum hadisə Kərkük məsələsindəki həsslığı bir daha gözlər önünə gətirdi. Çox təəssüf ki, çirkin bilgilər, heç bir gerçəyi əks etdirməyən dezinformasiyalar Kərkükün sıxıntılı bir sürəcə girəcəyini qaçılmaz edir".
Partiya lideri Kərkükün özəl bir statusunun olmasını və bu statusla Türkmənelinin qorunmasının vacibliyini bir daha vurğulayıb.
Əlavə edib ki, baş verən hadisənin ərəb və kürd mətbuatında geniş işıqlandırılmasına baxmayaraq, Türk mediasında və toplumunda yetərincə yer almaması onların üzüntüsünə səbəb olub:
""Türkiyənin bölgəyə istər siyasi, istərsə, sosial baxımdan diqqət çəkməsi çox önəmlidir. Ciddi və güvənli qaynaqlatdan alınan bilgi və informasiyalar müzakirə edilib, işlənib, məsələlərə hakim olmaq vacibdir".
Riyaz Sarıkahya bölgədəki huzursuzluğun ətrafa da təsir edəcəyini deyib. Onun sözlərinə görə, bölgədə bütün toplumlar barış və huzur içərisində yaşamaq istəyirlərsə, digərlərinə qarşı hər çür təhrikedici hərəkətlərdən, ayrı-seçkilikdən uzaq durmalıdırlar.
Ağanisə Əliqaraqızı
versus.az
Xəbər lenti
Sakinlərin nəzərinə! - İŞIQ KƏSİLƏCƏK
Təmir işləri yekunlaşdıqdan sonra...