Akademik Nailə Vəlixanlıya həsr olunmuş beynəlxalq konfrans
Sentyabrın 5-6-da Türkiyə Cümhuriyyətinin Aydın şəhərindəki Aydın Adnan Menderes Universiteti, Milli Azərbaycan Tarixi Muzeyi və digər elmi-tədqiqat və təhsil müəssisələrinin təşkilatçılığı ilə muzeyin direktoru, akademik Nailə Vəlixanlıya həsr olunmuş “17-ci Beynəlxalq Türk Sənəti, Tarixi və Folkloru (akademik Naila Vəlixanlı armağanı)” adlı konfrans keçirilib.
Versus.Az xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Ukrayna, Albaniya, İran, Türkmənistan, Rusiya, Moldova, Hindistan alimləri müxtəlif mövzularla iştirak ediblər (əyani və onlayn).
Konfransın açılış mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, muzeyin direktoru, akademik Nailə Vəlixanlı, A.A. Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov, muzeyin elmi işlər üzrə direktor müavini, t.e.d., dosent Fərhad Cabbarov, Aydın Adnan Menderes Universitetinin professoru Ahmet Aytaç, Səlçuk Universitetinin professoru Osman Kunduracı çıxış edərək konfransın əhəmiyyətindən danışdılar.
Plenar iclasdan sonraki bədii hissədə “Azərbaycanın milli geyimləri” adlı dəfilə izlənilmişdir.
Sonra gənclərin ifasında hər iki qardaş ölkənin birliyinin təcəssüm edən “Çırpınırdı Qara dəniz, baxıb türkün bayrağına” adlı əsər səsləndirildi.
Bədii hissədən sonra konfransda seksiyalar üzrə iştirakçıların məruzələri dinlənildi.
Mərasimdə konfrans təşkilatçıları və muzey rəhbərliyi adından iştirakçılara təşəkkür bildirilib. Həmçinin, müxtəlif maraqlı mövzularda olan məruzələrin gələcəkdə tədqiqat mənbəsi olacağı da vurğulanıb.
Sonda iştirakçılar sertifikatla mükafatlandırılıb və Türkiyədən iştirak edən qonaqlara muzeyin adından hədiyyələr təqdim edilib.
Xatırladaq ki, sözügedən konfrans 2017-c ildə Milli Azərbaycan Tarixi Muzeyində 7-ci “Beynəlxalq Türk Sənəti, Tarixi və Folkloru” adı altında keçirilmişdir. Həmçinin, 9-12 may 2022-ci il tarixlərində sözügedən təşkilatçılar tərəfindən keçirilmiş “Uluslararası Balkanlar, Anadolu, Kafkasya ve Türkistan Coğrafyası: Sanat, Kültür, Tarih Ve Folklor Kongresi- sanat etkinlikleri” adlı konfrans Azərbaycanın görkəmli numizmat alimi, muzeyin əməkdaşı olmuş, tarix üzrə elmlər doktoru, professor Əli Rəcəblinin 95 illiyinə həsr olunmuşdur (onlayn).
Ayəndə Dadaşova
Versus.Az
Xəbər lenti
Sakinlərin nəzərinə! - İŞIQ KƏSİLƏCƏK
Təmir işləri yekunlaşdıqdan sonra...