Tovuz rayonunun Çeşməli kəndinin körpüsü təhlükəli vəziyyətdədir.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, qış fəslində bu körpüdən keçmək intihara bərabərdir.
1976-cı ildə tikilən və hazırda qəzalı vəziyyətdə olan körpü bir neçə kənd yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirir.
Sakinlər iddia edirlər ki, körpünün vəziyyəti ilə bağlı dəfələrlə müvafiq orqanlara müraciətlər etsələr də hər hansı nəticə yoxdur.
Mövcud problemlə bağlı Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, körpünün qəzalı vəziyyətdə olması ilə əlaqədar aidiyyəti üzrə rəsmi məktub ünvanlanıb:
“Əsaslı təmir işləri və ya yenidənqurma ilə bağlı atılacaq addımlar veriləcək qərardan asılı olacaq”.
Ətraflı süjetdə: