Xocalı, Xankəndi və digər rayonlardan olan məcburi köçkünlərdən BƏYAMAT

17:05 14-09-2023 | icon 414 | Cəmiyyət
Xocalı, Xankəndi və digər rayonlardan olan məcburi köçkünlərdən BƏYAMAT

"Bizim öz evimizə qayıtmaq hüququmuz təmin edilsin!”

 

Xocalı, Xankəndi və digər rayonlardan olan məcburi köçkünlər bəyanat yayıblar.

 

Versus.Az xəbər verir ki, bəyanatı 50 sakin və ictimaiyyət nümayəndəsi imzalayıb.

 

Bəyanatda deyilir:

 

“Biz - Xocalı, Xankəndi, Xocavənd və Qarabağ bölgəsinin hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər rayonlarından olan məcburi köçkünlər - dünya ictimaiyyətinə bəyan edirik ki, Qarabağ münaqişəsi 2020-ci ildə başa çatsa da, 3 ildir ki, hələ də biz öz şəhər və rayonlarımıza, kəndlərimizə, evlərimizə, yurd yerlərimizə qayıda bilmirik.

 

Ermənistan saxta təbliğat aparır ki, guya həmin bölgələrdə ancaq ermənilər yaşayıb. Onlar hətta azərbaycanlıların tarixən həmin ərazilərdə yaşaması faktını belə danır. Bu, uydurma iddiadır! Bizik Xocalının, Xankəndinin, Kərkicahanın, Malıbəylinin, Quşçuların, Meşəlinin, Qaradağlının əsl, əzəli sakinləri!

 

Biz Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti nəticəsində böyük faciələr yaşamışıq, soyqırımlarına, kütləvi qırğınlara məruz qalmışıq. Etnik təmizləmələrlə bizim yaddaşımızı da silməyə çalışıblar, məscidlərimiz, doğmalarımızın qəbirləri dağıdılıb, təhqir olunub, evlərimiz viran olunub. Yurd yerlərimizə qondarma adlar qoyulub. Nə qədər insan yurd həsrəti ilə bu dünyadan köçdü.

 

Böyük ağrı, iztirab hissi ilə doğma yurd yerlərimizə ancaq foto və videolarda baxırıq. Bir vaxtlar xoşbəxt yaşadığımız ərazilər indi “boz zona”ya çevrilib.

 

Ermənistan ordusunun qalıqları həmin ərazilərdən tamamilə çıxarılmalı, Ermənistanın yaratdığı və hələ də dəstəklədiyi oyuncaq xunta rejiminin tör-töküntüləri özünü buraxmalı, qanunsuz silahlı dəstələr tərksilah olunmalıdır. Bu, bizim tələbimizdir! Bu, bütün Azərbaycanın tələbidir.

 

Azərbaycanın ərazi bütövlüyü bu ilin aprelində Laçında post qurulmaqla, tam təmin edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin cəsarətli, düşünülmüş siyasəti bizi bu xoşbəxt günlərə çıxarıb!

 

İndi Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Evlərinə qayıdan Zəngilan, Laçın, Füzuli, Tərtər sakinlərinin yerə-göyə sığmayan sevinci bizi ruhlandırır, daha da ümidləndirir ki, biz də tezliklə bu Böyük Qayıdışın tərkib hissəsinə çevrilək!

 

Buna görə də, Xocalıda, Xankəndidə, Xocavənddə, indi “boz zona”ya çevrilmiş digər ərazilər də Azərbaycanın suverenliyinin təmin olunmalıdır.

 

Qarabağ bölgəsində yaşayan erməni sakinlərə səslənirik: siz Azərbaycan bayrağı altında, Azərbaycan Konstitusiyası, Azərbaycan qanunları ilə xoşbəxt yaşaya bilərsiniz! Özünüzün, övladlarınızın, gələcək nəsillərinizin taleyini Ermənistanın və onun dəstəklədiyi qanunsuz xunta rejiminin əli ilə zəhərləməyin! Qarabağ sülh, birgəyaşayış, firavanlıq məkanına çevrilməlidir!

 

“Boz zona” həmişəlik qala bilməz, bu, dözülməzdir ki, biz hələ də evlərimizə qayıda bilmirik! Biz, buradan bəyan edirik ki, hər birimiz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə inanırıq! Xocalıya, Xankəndiyə, Xocavəndə, Ağdərəyə qayıdacağımıza inanırıq! 30 ildən çoxdur ki, bir gün də olsun buna inamımız itməyib, bu günün böyük həsrəti ilə yaşayırıq!

 

Hər il Xocalı soyqırımı günü Bakıda “Ana harayı” abidəsini ziyarət edirik. Biz Xocalı faciəsini həm də Xocalımızda qeyd etməliyik. Xocalı bizi gözləyir! Böyük səbirsizliklə “Əziz Xocalı, biz qayıtmışıq!” - deyəcəyimiz günü gözləyirik.

 

Dünya ictimaiyyətinə çağırış edirik ki, Ermənistanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı addımlara son qoymağı tələb etsin, bizim öz evimizə qayıtmaq hüququmuz təmin edilsin!”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq