Nobel Mükafatının QALİBLƏRİ

15:02 02-10-2023 | icon 176 | Cəmiyyət
Nobel Mükafatının QALİBLƏRİ

Tibb üzrə Nobel Mükafatı Katalin Kariko və Dreu Ueissmana COVID-19-a qarşı peyvəndlərin hazırlanmasına səbəb olan mRNT üzərində apardıqları tədqiqatlara görə verilib.

 

Versus.az xəbər verir ki, qərarla bağlı press-reliz Nobel Komissiyasının saytında dərc olunub.

 

Kariko və Ueissmanın 1990-cı illərdə başlayan tədqiqatları molekulyar biologiyada irəliləyişləri sürətləndirməyə və RNT-nin immun sistemi ilə necə qarşılıqlı əlaqədə olduğunu daha yaxşı başa düşməyə kömək edib. 2005-ci ildə elm adamları mRNT vaksinlərinin iltihablı reaksiyalara təsiri ilə bağlı eksperimentin nəticələrini dərc ediblər və daha sonra onların metodunu klinik istifadəyə gətiriblər.

 

"Ümumilikdə, bütün dünyada 13 milyard dozadan çox COVID-19 peyvəndi tətbiq edilib. Onlar milyonlarla insanın həyatını xilas edib və bir çox insanın ağır xəstəliklərinin qarşısını alıb, cəmiyyətlərin yenidən açılmasına və normal fəaliyyətinə qayıtmasına imkan verib. Builki mükafatçılar zəmanəmizin ən böyük sağlamlıq böhranlarından biri zamanı bu transformativ inkişafa kritik töhfələr veriblər”, - press-relizdə deyilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QİÇS-lə mübarizə: Müalicəyə erkən başlamaq və daim HƏKİM NƏZARƏTİ...

15 yaşlı şair-publisistin yetkin aləmi

“Şərq qadını” jurnalının 100 il bundan öncəki İLK NÜSXƏSİ

Fransanın məkri baş tutmadı

“Belə bir rayonu ləğv etmək qəbuledilməz idi”

Laçının işğaldan azad edilməsinin üçüncü ili

“Qarabağ Universiteti bölgənin mayakına çevrilə bilər”

Laçının işğaldan azad olunmasının 3-cü ildönümü ilə bağlı VİDEOÇARX

Mehin Hümbətova bu dəfə fərqli obrazda

"Bu, Qarabağımıza mütləq lazımdır"

Şuşada “Türkün ortaq süfrəsi” açıldı

"Bu üç ölkə bir yerdədirsə..."

Taksi sürücülərinin NƏZƏRİNƏ

Laçının işğaldan əvvəlki unikal kadrları

Rəqabət Məcəlləsi HAQQINDA