“Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi Çex Respublikası Xarici Işlər Nazirliyinin Keçid təşviqi proqramı çərçivəsində “Azərbaycanda gender əsaslı zorakılığa son qoymaq üçün profilaktik tədbirlərin gücləndirilməsi” layihəsini icra edir. Layihə çərçivəsində Azərbaycanda indiyə qədər rast gəlinməyən işə imza atılıb.
Belə ki,“Azərbaycan Respublikasının vətəndaşı olan kişilərin gender əsaslı zorakılığa münasibətinin öyrənilməsi” mövzusunda tədqiqat keçirilib.
Layihənin əsas tərəfdaşı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Tədqiqatın gedişində nəzərdə tutulmayan fəaliyyət tədqiqatın dolğunluğunu təmin edən bir komponenetin təmini Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilib.
Tədqiqat Azərbaycan Respublikasının qoşulduğu Beynəxalq Konvensiya və protokollara, Azərbaycan Respublikasının Konstitutsiya və qanunlarında nəzərdə tutulan əsas rəhbər prinsiplərə istinad edilib, bütün növ ayrı-seçkilik və stiqmadan, mövhumatçılıqdan kənar qalaraq, cinslərarası bərabərlik prinsipini rəhbər tuturaq hazırlanıb.
Tədqiqat Bakı, Kürdəmir, İmişli, Saatlı, Sabirabad, Şirvan, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətintabeliyində olan Bakı, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 12 saylı cəzaçəkmə müəssisəsi və Bakı şəhər İstintaq təcridxanasını (Kürdəxanı) əhatə edib. Həm kəmiyyət, həm də keyfiyyət tədqiqatlarını həyata keçirmək üçün “qarışıq metod yanaşması”ndan istifadə edilib.Tədqiqatı aparmaq məqsədilə sorğu anketləri hazırlanıb. Keyfiyyət tədqiqatı aparmaq məqsədilə dərinləşmiş intervülərdən istifadə olunub. Müsahibə verənlərin məlumatlandırılmış razılığı alınıb və məlumatın tam məxfiliyi qorunub.
“Təmiz Dünya” sözügedən tədqiqatın müzakirəsini “ZOOM” proqramı vasitəsilə aparıb. Müzakirədə tədqiqatı təşkilatın sədri Mehriban Zeynalova təqdim edib.
O bildirib ki, tədqiqatın birinci mərhələsi 200 nəfər arasında 2023-cü ilin may-iyun ayında “Facebook” sosial şəbəkəsi üzərindən keçirilib. Sorguda mövzunu əhatəli müəyyən etmək üçün 30-a yaxın sual hazırlanıb. Sulların bir qismi sərbəst cavab üslubu ilə təqdim edilib. İkinci mərhələdə fokus qrupları ilə görüşlər keçirilib. Üçüncü mərhələdə cinayətdə ittiham edilmiş şəxslərlə fərdi müsahibələr aparılıb. Dördüncü mərhələ olaraq, ekspertlərlə görüş olub.Sonuncü mərhələ toplanmış məlumatların təhlili, sistemli ümumiləşməsi ilə yekunlaşıb.
Namus meyarı daha çox qadınla bağlıdır
Ümümiləşdirmə zamanı regionlardan və 12 saylı təcridxanada məhbuslarla görüşün nəticələri göstərib ki, sorğu iştirakçıları ailədə bərabərliyin tərəfdarıdır. Onlar milli ailə modeli haqqında danışsalar da, əslində bərabər tərəfdaşlı ailə modeli haqqında daha çox fikir bildirirlər. Ailə münasibətlərində bərbarəlik prinsipləri daha çox qadının üzərinə qoyulmuş öhdəliklə müşayiət edilir.
Tərəflər bərabərlik ideyasında öz öhdəlik və vəziləri haqqında qeydlərə yer vermir, namus meyarı daha çox qadınla bağlıdır və bağışlanmazdır, cəzaya məhkumdur.
Məlum olub ki, kişilər xanımların iştirakçılığını dəstəkləsələr də, lakin bunu daha çox başqa ailələrdə görmək istəyirlər. Onlar“Məişət zorakılığı haqqında” qanunu bilir, müraciət etmək üçün ünvanlardan xəbərdardılar, lakin müraciət etməkdə aktiv deyillər. Kişilər zorakılığa qarşıdırlar, lakin müyyən hallarda zorakılığın tətbiqini vacib hesab edirlər. Məlum olub ki, zorakılığı təlim tərbiyə metodu qismində görürlər. Zorakılığı iqtisadi və sosial amillə daha çox bağlayırlar. Müasir texnologiyanı ailə dəyərlərinə “düşmən” hesab edirlər. Dəyişiklik üçün təkliflərə açıqdırlar, lakin bir çox rayonlarda dəyişiklik üçün mühit yoxdur. İnsan hüquq və azadlıqların tətbiqində daha çox ətraf təsirə məruz qaldıqlarından bu haqda düşünmürlər. Məhbusların əksəriyyətinin törətdiyi cinayətdə ətrafın müdaxiləsinin rolu var. Dəstək xidmətlərinə müraciət haqqında kifayət qədər məlumatlı deyillər və komplekslər bu dəstəkdən bərhələnmək üçün ciddi baryerlər yaradır. Oturuşmuş kişi obrazı (rollar), kömək istəmək, dəyişmək, fərqli davranış sərgilmək üçün ən böyük baryerə çevrilib. Kişilər üçün xüsusi təlim və görüşlərin keçirilməsi, onların cəmiyyətdə aktiv iştirakçılığının təmin edilməsi kimi ehtiyac müəyyən edilib.
Ailələrin problemləri nədir?
Tədqiqatın gedişind əməlum olub ki, ailələ özləri üçün əsas hsabe etdikləri problemləri belə sıralayıblar:
Mənzil problemi;
Maliyyə və iqtisadi problem;
Bir tərəfdən məşğulluq və işsizlik problem;
Digər tərəfdən qadınların məşğulluğu və iki qatiş yükü problemi;
Ailənin planlaşdırılması problem;
Az öyrənilmiş ailə daxili qəddarlıq problem.
Vəziyyəti dəyişmək üçün nə etməli?
Tədqiqatın təqdimatında Azərbaycan Respublikasının Konstitutsiyası və Azərbaycanın 25 dekabr 2001-ci ildə qoşulduğu İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın “Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır” prinsiplərini rəhbər götürərək, o cümlədən Azərbaycan Respublikasının qəbul etdiyi digər normativ hüquqi sənədləri əsas tutaraq, ailələrin hüquq, öhdəlik və vəzifələrini əks etdirən bərabər tərəfdaşlı ailə modelinin tətbiqi üçün “Ailələr üçün yol xəritəsi” hazılanması təklif edilib. Həmçininölkədə gender ayrıseçkiliyi yaratmayan maarifləndirmə proqramlarının hazırlanması və həyata keçirilməsi, regionlardakı xüsusiyyəti nəzərə alaraq, SWOT analizləri keçirməklə ehtiyacları qiymətləndirmə və ehtiyaclara uyğun xidmət paketlərinin hazırlanması və tətbiqi təklif edilib.
Kişilərin müsbət obrazda (rolda) görünmək istəyi nəzərə alınaraq, onlar üçün zorakılıqsız həyat hekayələri mövzusunda video, müsahibə, film və s. vasitələrlə təşviq etmək irəli sürülüb. Ölkə ərazisində yerli və beynəlxlaq donorların dəstəyi ilə“Gender Mədəniyyət Mərkəzi”, “ Ailələr üçün Psixoloji Mərkəz”, “Ailənin Sosial İşçisi” proqramı, kişilər üçün sığınacaq kimi sosial paketlərin gücləndirilməsinə dəstək verilməsi də təkliflər arasındadır. Ailələr üçün Türkiyə modelində olduğu kimi, mütəxəssislərlə təmin edilmiş “Danışma Mərkəzləri” və “Düşünmə Evləri”nin yaradılması məqsədəuyğun olardı. Bu mərkəzlərdə ailə üzvləri mütəxəssislərin iştirakı ilə davranış problemlərini və münaqişənin ilkin etapında onun aradan qaldırılması yollarını birgə işləyə bilərlər. Polisə müraciət edən zorakılıq qurbanları ilə yanaşı, zorakılıq törədən şəxslər də xidmətlə bağlı məlumatlandırılması,polislər üçün mövcud resurslarla bağlı məlumat kitabçalarının hazırlanması və təmin edilməsi təklif olunub.
Müzakirədə bir sıra təkliflər səsləndirilib. Belə ki,İslahatçı Qadınlar və İnnovasiayalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli “Böhran Evləri”nin yaradılması, Ramilə Qurbanlı yeni ailə quranların psixoloji testdən keçirilməsi, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyininsədri Zenfira Mustafayeva orta məktəblərdə ailə psixologiyasının tədrisi və bölgələrdə reablitasiya mərkəzlərinin açılmasını, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova dövlət qurumlarıyla müzakirələrin aparılmasını, "Təmas" regional inkişaf ictimai birliyinin təmsilçisi Kubra Ələkbərova tədris prosesində zorakılıq və gender məsələlərinə diqqət yetirilməsini təklif edib.
Müzakirələrin sonunda tədqiqat işində dəstəyə görə Çex Respublikası Xarici İşlər Nazirliyinə və Çex Respublikasının Bakıdakı Səfirliyinə, Azərbaycan Respublikası Prezident Adminstrasiyasına və Kürdəmir RİH, İmişli RİH, Saatlı RİH, Sabirabad RİH və Şirvan şəhər İcra Hakimiyyətinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında olan Saatlı və Sabirabad Uşaq və Ailələrə dəstək mərkəzlərinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və layihədə nəzərdə tutulmayan, təşkilat tərəfindən könüllü həyata keçirilən fəaliyyətdə-ittiham edilən və cəza çəkən məhbuslarla görüşlərin təşkilində yüksək dəstəyinə görə nazirliyin İnsan Hüquqları və Kommunikasiya idarəsinin rəisi Aynur Sabitovaya təşəkkür edilib.