“Qarabağın dirçəlişində həmrəyliyin rolu” - TƏLƏBƏLƏRLƏ GÖRÜŞ

11:52 05-10-2023 | icon 421 | Cəmiyyət
“Qarabağın dirçəlişində həmrəyliyin rolu” - TƏLƏBƏLƏRLƏ GÖRÜŞ

Sentyabrın 28-də gənclərin maarifləndirilməsi məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirilib.

 
 
Versus.Az xəbər verir ki, Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü ilə baş tutan və “#KarabakhTalks” müzakirələr platforması çərçivəsində keçirilən görüşdə Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, eləcə də ADPU-nun professor-müəllim heyəti və 400-ə yaxın tələbəsi iştirak edib.
 

İlk olaraq Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
 
Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədən sonra qarşımızda duran əsas vəzifələrdən danışıb.
 

Bu sahədə gənclərin və tələbələrin üzərinə də böyük məsuliyyət düşdüyünü deyən rektor, Qarabağın bərpası ilə bağlı aparılan müzakirələrdə və keçirilən tədbirlərdə tələbələrin də fəal iştirak etmələrinin təqdirəlayiq hal olduğunu söyləyib.
 
 
Sonra erməni işğalçıları tərəfindən Qarabağda dağıdılan tarixi abidələrimizə həsr edilən videoçarx nümayiş etdirilib.
 
 
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdimatla çıxış edərək görüş iştirakçılarına Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan QDF-in fəaliyyətinin əsas istiqamətləri, görülmüş işlər və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.
 
 
Hazırda işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparıldığını deyən Rəhman Hacıyev bildirib ki, dəyən zərərin nəticələrini tez bir zamanda aradan qaldırmaq və Qarabağı yüksək rifahlı regiona çevirmək üçün həmrəylik nümayiş etdirmək mütləqdir.
 

Qarabağın bərpasında gənclərin rolundan danışan Rəhman Hacıyev tələbələrlə mütəmadi görüşlərin keçirilməsinin bu baxımdan böyük əhəmiyyət daşıdığını söyləyib.

 
Sonra Qarabağ Dirçəliş Fondunun həyata keçirdiyi tədbirlərə və görüşlərə həsr olunan videoçarx nümayiş olunub.

 
Çıxışlardan sonra görüş müzakirələr və sual-cavab sessiyası ilə davam edib. Tələbələr sual-cavab sessiyasında olduqca fəal iştirak ediblər. Rəhman Hacıyev onların ünvanladıqları çoxsaylı sualları cavablandırıb.

 
Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu daha öncə Bakı Ali Neft Məktəbində (BANM), Bakı Dövlət Universitetində (BDU), Azərbaycan Dillər Universitetində (ADU) və Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) gənclər və tələbələrin iştirakı ilə maarifləndirici görüşlər keçirib.


Analoji görüşlərin digər təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur.






 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI