Qanunsuz miqrantlarla GÖRÜŞ
Fuad Əliyev: "Miqrantların ən zəruri tələbatlarını ödəmək üçün hər cür şərait var"
Xəbər verildiyi kimi, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri Kürdaxanıda qanunsuz miqrantların saxlanılması şəraiti ilə tanış olublar.
Versus.Az xəbər verir ki, bununla bağlı müsahibə verən DMX İctimai Şura sədrinin müavini Fuad Əliyev maraqlı məqamlara diqqət çəkib.
- Fuad müəllim, qanunsuz miqrantlar arasında nə qədər əcnabi vətəndaş var idi?
- Birinci, onu qeyd etmək istərdim ki, bu səfər İctimai Şuranın reqlamentinə və qəbul olunan iş planına əsasən keçirilib. Şura üzvləri Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində əcnəbilər üçün yaradılan şəraitlə tanış oldu. Mərkəz 120 nəfəri saxlamaq üçün nəzərdə tutulmasına baxmayaraq hal-hazırda 90 nəfər əcnəbi var idi. Bu əcnəbilər müxtəlif səbəblərə görə saxlanılıb. Qeyri-qanuni miqrantlar, qaçqın statusu ilə bağlı müraciət edən əcnəbilər və sair.
- Saxlanma şəraitləri necə idi?
- Əgər beş ballıq sistemi ilə qiymətləndirsək, onda beş “plyus” qiyməti verərdim. Birinci, bizi çox səliqəli, yüksək səviyyədə təşkil olunan Mərkəzin inzibati binası, nəzarət buraxılış məntəqəsi, yeni qəbul edilənlər üçün müvəqqəti saxlanılma otaqları ilə tanış etdilər. Daha sonra bizə, onların qaldığı hosteli göstərdilər. Burda da çox təmiz və səliqəli otaqları gördük. Kitabxana, tibb məntəqəsi və digər yerlərlə tanış olduq. İdman və uşaqlar üçün oyun meydaçaları. Ailəlilər üçün xüsusi bölmə yaradılıb. Həqiqətən də onların ən zəruri tələbatlarını ödəmək üçün hər cür şərait var.
- Miqrantlarla söhbət etmək imkanınız oldu?
- Təbii ki olub. Şura üzvləri ilə söhbət edən əcnəbilər saxlanma şəraitindən razılıq bildirirdilər. Bir də, axı niyə narazı olmalıdırlar? Uşaqlar üçün əyləncə otağı təşkil olunub. Orada oyuncaqlar, kitablar, internet, kompyuter, stolüstü oyunlar, yəniki, uşaqların darıxmaması üçün hər bir şərait var idi. Yeməkxanada miqrantların hansı ölkədən gəlməsi belə nəzərə alınıb, onların milli yeməklər hazırlanır. Gündə üç dəfə yemək, paltarların verilməsi, ölkələrində qalan yaxınları ilə əlaqə saxlanması belə, bütün xərclər Azərbaycan dövləti tərəfindən ödənilir. Bizim suallara cavab verən miqrantlar öz növbəsində, onlara göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını bildirdilər.
- Fuad müəllim, Dövlət Miqrasiya Xidmətinin əməkdaşların miqrantlara və miqrantların əməkdaşlarına olan münasibit necə idi? Nə hiss etdiniz?
- Mən keçən dəfə müsahibəmdə bildirmişdim ki, DMX rəisi Vüsal Hüseynov çox peşəkar, bilikli, yüksək insan keyfiyyətlərə malik olan kollektiv formalaşdırıb. Həmin bu xüsusiyyətlər əməkdaşların miqrantlarla davranışlarında da hiss olunurdu. Xidmət əməkdaşları miqrantlara və miqrantların əməkdaşlarına qarşılıqlı hörməti gördük. Xidmət əməkdaşları xalqımızın adət-ənənələrimizi miqrantlara izah edirlər, bayram və matəm günləri miqrantlarla birgə keçirirlər. Bir sözlə, dövlətin miqrantlara yüksək səviyyədə təşkil olunan bu qayğı, DMX əməkdaşların onlara edilən köməyi və səmimi yanaşması heç bir ölkədə ola bilməz. Miqrantların Saxlanması Mərkəzində şəraitini, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, beynəlxlaq norma və standartlara Azərbaycan xalqının qonaqpərvərliyini qataraq təşkil ediblər.
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi