İlk dəfə ZƏNGİLAN ŞƏHƏRİ GÜNÜDÜR
Bu gün Zəngilan Şəhəri Günüdür.
Versus.Az xəbər verir ki, ilk dəfədir ki, Zəngilan Şəhəri Günü qeyd olunur.
Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 20-si Zəngilan Şəhəri Günü olacaq.
Bu əlamətdar günün təsis olunması Zəngilan şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün - oktyabrın 20-si şəhərin erməni işğalçılarından təmizlənməsindən üç il ötür.
2020-ci ilin oktyabrın 20-də Zəngilan şəhəri ilə yanaşı, Zəngilan rayonunun Havalı, Məmmədbəyli, Şərifan, Muğanlı kəndləri və Həkəri qəsəbəsi işğaldan azad edilib.
Azad olunan ərazilərə şanlı Azərbaycan Bayrağı sancılıb.
Xəbər lenti
Füzuliyə qayıdış davam edir
Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 153 nəfər köçürülür