“Bu, Fransa dövləti üçün biabırçı və siyasi davranışın iflasıdı”
Ramil Hüseynov: "Faktlar rəsmi açıqlanandan sonra Fransanın yürütdüyü siyasətin iflası daha aydın görünəcək"
“Fransanın cəsus şəbəkəsinin Azərbaycanda ifşası çox reallıqları ortaya çıxardı. Bu, Fransanın Makron sayəsində dövlət siyasətinin tənəzzul dövrunu yaşadığını, şəxsi və qeyri advekat siyasət nəticəsində ölkəsinin gələcək qaranlıq tarixini yazmasının göstəricisidir”.
Versus.Az xəbər verir ki, bunu “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov Fransanın cəsus səbəkəsinin ifşa olunmasının ölkəmiz və region üçün ortaya çıxardığı reallıqlar, eləcə də cəsus fəaliyyətin arxasında dayanan məqsədlərlə bağlı açıqlamasında bildirib.
Mərkəz rəhbəri cəsus şəbəkəsinin Avropanın bir neçə ölkəsində fəaliyyəti ilə bağlı məlumatların olduğunu deyib. O, bu mənada hesab edir ki, Azərbaycan xususi xidmət orqanlarının peşəkarlığı sayəsində o şəbəkənin ifşa olunması, o cumlədən fəaliyyət istiqamətlərinin və maraqlarının nədən ibarət olduğunun büruzə çıxarılması mühüm hadisədir.
R.Hüseynov bütün hallarda bunu Fransa dövləti üçün biabırçı və siyasi davranışlarının iflası kimi dəyərləndirib:
“Vətən müharibəsinin ilk günlərindən bizimlə açıq müstəvidə mübarizəyə başlayan Makron bu gün istər xarici, istərsə də daxili siyasətində çox ciddi yanlışlıqlara yol verir. Azərbaycan dövlətinin qüdrətini, ədalətini demokratik, dəyərlərə və beynəlxalq hüquqa söykənən siyasi addımlarını dəyərləndirə bilməyən bir dövlət rəhbəri terroru dəstəkləyən təfəkkürü ilə vandalizm rüşeyimlərini inkşaf etdirən bir dövlətlə münasibətlər qurdu. Bu, inkşaf etmiş Avropa nəhənglərindən birinə yaraşmayan yanaşmadır. Fransa çox keçmədən bunun bədəlini ödəyəcək. Bu gün bütün xarici media bu cəsus şəbəkəsinin ifşasından danışır. Faktlar rəsmi açıqlanandan sonra Fransanın yürütdüyü siyasətin iflası daha aydın görünəcək”.
LƏMAN
versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"