Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasında - SİYAHI

18:05 10-01-2024 | icon 840 | Gündəm
Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasında - SİYAHI

“Global Fire Power” 2024-cü il üzrə dünyanın ən güclü ordularına malik ölkələrin siyahısını açıqlayıb.

 

Modern.az xəbər verir ki, siyahı ölkələrin ordularının hərbi bölmələrinin sayı, maliyyə, logistika imkanları və sair kimi 60 individual faktor nəzərə alınmaqla hazırlanıb.

 

145 ölkənin yer aldığı siyahıda Türkiyə ordusu dünyanın ən güclü ordusuna malik 8-ci ölkə olub.

 

Reytinqin ilk onluğu aşağıdakı kimidir:

 

1. ABŞ
2. Rusiya
3. Çin
4. Hindistan
5. Cənubi Koreya
6. Böyük Britaniya
7. Yaponiya
8. Türkiyə
9. Pakistan
10. İtaliya

 

Fransa (11) dünyanın ən güclü ordularının ilk onluğuna daxil ola bilməyib. İran 14-cü, Misir 15-ci, İsrail 17-ci, Ukrayna 18-ci, Almaniya isə 19-cu pillədə qərarlaşıb.

 

Azərbaycan Ordusu 145 ölkə arasında 59-cu, Gürcüstan 84-cü, Ermənistan 102-ci yerdə qərarlaşıb. Siyahıya əsasən dünyanın ən zəif orduları Benin (141), Somali (142), Surinam (143), Moldova (144) və Butandır (145)

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI