“Kim ki, Avropa dövlətlərinə agentlik edir…”

19:18 28-10-2017 | icon 449 | Siyasət
“Kim ki, Avropa dövlətlərinə agentlik edir…”

“Əgər İlqar Məmmədov azad edilsə, sabah başqa bir tələblə çıxış edəcəklər"

Avropa Şurasının ölkəmizlə bağlı qəbul etdiyi qətnamələr, müəyyən tələblərin yerinə yetirilməsi ilə bağlı ölkəmizə konkret vaxt təyin etməsi və s. cəmiyyətdə birmənalı qarşılanmış deyil.

Beynəlxalq qurumun ölkəmizlə hədə-qorxu dilində danışması nə dərəcədə normaldır? Doğrudanmı Avropa Şurası Azərbaycana qarşı effektiv addımlar ata bilər?
 
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az-a açıqlamasında Avropa Şurasının danışıq ritorikasının qəbuledilməz olduğunu vurğulayıb:
 
“Mən Avropa Şurasının addımlarını qətiyyən qəbul edə bilmirəm. Biz müstəqil bir dövlətik. Bizim daxili işimizə heç kim qarışa bilməz. Kərimov Əlinin və ya Həsənov Cəmilin diktəsi ilə Avropa Şurası Azərbaycana nə demək istəyir? Biz Avropasız da dolana bilərik. Biz dünyada gedən proseslərə qoşulmaq üçün Avropa Şurasının üzvü olmuşuq. Bizim avropalılara hörmətimiz var. Lakin onlar da gərək bizə qarşı hörmətlə davransınlar.
Biz dövlətimizi kimlərinsə güdazına verə bilmərik. Ermənilərin qaynatası Həsənov Cəmil və Kərimov Əlidən ölkə başçısını təhqir etdiyi üçün şikayət etmişik. Artıq bizə Respublika Prokurorluğundan məktub daxil olub. Bizim müraciətimizə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində baxılır. Onlar buna görə də cavab verməli olacaq. Düşünürəm ki, bundan sonra Avropa Şurası bir az da qıcıqlanacaq.
Necə olur ki, bunlar Azərbaycanı müxtəlif təbəqələrə bölüblər? Əgər söhbət insan hüquqlarını qorumaqdan gedirsə, bizim də hüquqlarımızı qorusunlar. Müasir Müsavat Partiyasından bir nəfərə bir şey olsa, Avropa Şurası ayağa qalxacaqmı? Yox. Çünki biz Avropa Şurasına, Avropa dövlətlərinə agentlik eləmirik. Kim ki, Avropa dövlətlərinə agentlik edir, onları qorumaq üçün Avropa dövlətləri gecə-gündüz canını, qanını ortaya qoyur. Onun azadlığı üçün hər şey edir. Tələb edir ki, həmin adam tez azadlığa buraxılsın. Bu, düzgün deyil. Bu, Azərbaycanın daxili işlərinə qarışmaqdır.
 
Avropa dövlətlərinin özündə kifayət qədə problemlər var. Onlar öz problemlərinin hansını həll edib?
Azərbaycan demokratik bir dövlətdir. Mən demirəm ki, ölkəmizdə hər şey öz qaydasındadır. Ölkə prezidenti də deyir ki, bəzi nöqsanlar var. Zaman-zaman bu nöqsanlaırn hamısı aradan qaldırılacaq.
Avropa Şurası İlqar Məmmədovun üzərində dayanır. Onun azad edilməsini tələb edirlər. Niyə demirlər ki, ermənilərin Azərbaycan torpağında əsir götürdükləri Dilqəm Əsgərov azad edilsin? Əgər bunu etsəydilər, onda deyərdim ki, ədalətli davranırlar. Lakin onlar burda Azərbaycan hakimiyyətini daim təzyiq altında saxlamaq üçün agentura şəbəkəsi yaradıblar. Həmin şəbəkəyə 1-2 nəfər də ərindən boşanmış arvadları qoşublar. Vaxtiylə Avropa Şurasında həmin arvadlar da iştirak edirdi. Bununla Azərbaycana təzyiq göstərmək istəyirlər. Əgər İlqar Məmmədov azad edilsə, sabah başqa bir tələblə çıxış edəcəklər.
Avropa Şurasının Azərbaycanla bağlı çıxaracağı qərarların heç bir əhəmiyyəti olmayacaq. Bu günə qədər Qərb Rusiyaya, İrana qarşı bunca sanksiya tətbiq ediblər, onlara nə olub ki, bizə də nə ola? Avropa Şurası zəhmət çəkib bizim bir milyondan çox qaçqınımızın qeydinə qalsın”.
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?