Makron Fransasının acizliyinin GÖSTƏRİCİSİ

15:00 12-01-2024 | icon 460 | Siyasət
Makron Fransasının acizliyinin GÖSTƏRİCİSİ

Kamilə Əliyeva: “Azərbaycan Prezidentindən başqa heç bir dövlət başçısı Fransanın müstəmləkə siyasəti barədə həqiqəti səsləndirməyib”

 

“Prezident İlham Əliyev yanvarın 10-da Azərbaycan telemüxbirlərinin bütün sahələri əhatə edən suallarını 3 saata yaxın vaxtda çox ətraflı və açıq şəkildə cavablandırdı. Ölkə başçımız çıxışında Azərbaycan vətəndaşlarını maraqlandıran bütün məsələlərə aydınlıq gətirməklə öz münasibətini bildirdi, eləcə də Azərbaycana qarşı düşmənçilik siyasəti həyata keçirən və ölkəmizə qarşı təxribat və qərəzli mövqe tutan dövlətlərə, xüsusən Ermənistan və ona havadarlıq edən Fransaya önəmli mesajlar ünvanladı”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva bildirib.

 

Deputat Fransanın tarix boyu müstəmləkəçilik siyasəti həyata keçirdiyini, Afrika və Şərqi Asiya dövlətlərinə, dənizaşırı bölgədə yerləşən xalqlara qarşı talançılıq və soyqırım siyasəti yürütdüyünü faktlarla önə çəkib. Eyni zamanda qeyd edib ki, Ermənistan torpaqlarımızı işğal altında saxlayan zaman Fransa hər zaman bu dövlətə və onun işğalçılıq siyasətinə dəstək verib:

 

“Vətən müharibəsində şanlı qələbəmizdən sonra Fransa ölkəmizə qarşı düşmənçilik siyasətini daha da genişləndirməyə başladı. Makron administrasiyası və Fransa Senatı ölkəmizə qarşı təxribat və qərəz dolu bəyanatlar səsləndirməyə başladılar. Bəzi hallarda Azərbaycana qarşı hədələrlə dolu bəyanatlar səsləndirirdilər. Fransa düşünürdü ki, zəif, gücsüz dövlətlərə qarşı həyata keçirdiyi bu siyasəti Azərbaycanda da həyata keçirə biləcək və ölkəmiz onların diktəsilə hərəkət edəcək. Makron anlamadı ki, qarşısındakı güdrətli Azərbaycan dövlətidir və bu dövlətin İlham Əliyev kimi güclü siyasətçisi, mahir diplomatı, beynəlxalq hüququ mükəmməl bilən milli və dövlət maraqlarını uca tutan Prezidenti var”.

 

K.Əliyevə bildirib ki, Fransanın nüvə silahına malik, eləcə də BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmağına baxmayaraq Prezident İlham Əliyevin bütün beynəlxalq tədbirlərdə Fransanın müstəmləkəçi dövlət olmasını açıq şəkildə bütün dünyaya bəyan edib:

 

“Prezident İlham Əliyevdən başqa heç bir dövlət başçısı cürət edib Fransanın müstəmləkə siyasəti həyata keçirməsi barədə həqiqəti səsləndirməmişdir. BMT Təhlükəsizlik Şurasında iki dəfə Azərbaycana qarşı qətnamə qəbul edilməsinə təşəbbüs göstərən Fransa hakimiyyəti Azərbaycan qarşısında məğlubiyyətə düçar oldu. Beynəlxalq Ədalət Məhkəməsində də ölkəmizə qarşı qərarın qəbul edilməməsi Ermənistanla Fransanın növbəti məğlubiyyəti oldu”.

 

Deputat Fransanın eyni zamanda milli təhlükəsizlik sahəsində də Azərbaycanda rüsvay olunduğunu qeyd edib:

 

“Bakıda Fransanın cəsus şəbəkəsinin aşkar edilməsi bu ölkənin Azərbaycanla yanaşı digər dövlətlərdə də təxribatlar törətmək istəklərini üzə çıxardı. Cənab İlham Əliyev tərəfindən yaradılmış Bakı Təşəbbüs Qrupu dünyada özünü demokratiyanın beşiyi adlandıran Fransanın əsl simasını bütün dünyaya nümayiş etdirir. Təşəbbüs qrupuna üzv ölkələrdə Fransaya qarşı böyük etirazlar baş qaldırıb”.

 

Deputat bütün sahələrdə Azərbaycana uduzan Makron hakimiyyətinin mədəni irsimizə qarşı cılız və iyrənc siyasət həyata keçirdiyinə də diqqət çəkib:

 

“Fransanın Evian-le-Ben şəhərində Natavanın heykəlinə qırmızı boya atılması və onun örtülməsi Makron hakimiyyətinin nə qədər aciz olduğununun göstəricisidir”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...