Provayderlərə XƏBƏRDARLIQ

14:37 28-02-2024 | icon 354 | Cəmiyyət
Provayderlərə XƏBƏRDARLIQ

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) istehlakçılar arasında əsassız məlumatları yaymaqla sui-istifadə hallarına yol verən bəzi provayderlərlə bağlı şikayətlər daxil olur.

 

Versus.Az xəbər verir ki, bu barədə İKTA məlumat yayıb.

 

Məlumata görə, İKTA-ya daxil olan şikayətlərdən müəyyən edilir ki, rəqib internet provayderlərin əməkdaşları və onların xidmətlərinin satışı ilə məşğul olan şəxslər digər provayderlərin abunəçiləri ilə fərdi qaydada görüşərək onlara xidmət göstərən provayderin təsərrüfat fəaliyyəti haqqında həqiqətə uyğun olmayan şayiələr, o cümlədən həmin provayderin fəaliyyətinin dayandırılacağı, müflis olması, külli miqdarda borclarının olması və bu kimi rəqib provayderi nüfuzdan salan müştərinin çaşdırılması və aldadılmasına yönəlmiş hərəkətlər etməklə yanlış məlumatların yayılması halları müşahidə edilir.

 

Agentliyə daxil olan şikayətlərdə səslənən iddialara görə, bu hərəkətlərlə həmin internet provayderləri abunəçini rəqibin xidmətindən imtina etməyə sövq edərək öz tərəflərinə çəkmək məqsədi güdürlər.

 

İKTA telekommunikasiya bazarında yaranmış bu cür qeyri-sağlam halların olmasından narahatdır və bəyan edir ki, internet provayderlər işgüzar münasibətlərini sağlam rəqabət və qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında qurmalıdırlar. Belə haqsız sui-istifadə üsullarından istifadə yolverilməzdir.

 

Eyni zamanda, tənzimləyici qurum bildirir ki, Azərbaycanda internet fəaliyyəti göstərən provayderlər İKTA tərəfindən uçota alınır və yalnız fəaliyyətini hər hansı formada dayandıran şirkətlərin uçotu ləğv olunur. İstehlakçılar internet provayderlərin mövcud siyahısı ilə bu linkdə tanış ola və provayderin fəaliyyətdə olub-olmamasını müstəqil şəkildə yoxlaya bilərlər.

 

Yuxarıda qeyd olunan hallarla qarşılaşan istehlakçılar agentliyin yaratdığı “E-şikayət” sistemi vasitəsilə tənzimləyici quruma müraciət edə bilərlər.

 

İKTA bəyan edir ki, internet provayderlərin uçota alınmadan fəaliyyəti “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun pozulması halıdır və belə halların qarşısının alınması məqsədilə tənzimləyici tərəfindən qanun çərçivəsində müvafiq tədbirlər görüləcək.

 

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI