Fuad Əliyev: “Partiyalar artıq aktivləşib”

13:29 25-10-2017 | icon 519 | Siyasət
Fuad Əliyev: “Partiyalar artıq aktivləşib”

“Namizədlər Klubunun yaradılması ilə bağlı danışıqlara başlıyacağıq”

“Müxalifət düşərgəsində olan partiyalar artıq aktiv şəkildə öz namizədlərini irəli sürməyə başlayıblar”.

Bunu Versus.Az-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev müxalifətin seçkilərə münasibəti ilə bağlı açıqlamasında bildirib.

ALDP sədri müxalifətin seçkidə birgə iştirakı ilə bağlı verdiyi təkliflərdən sonra bir neçə siyasi liderin, o cümlədən Rəsul Quliyevin, Hüseyn Abdullayev və İsa Qəmbərin öz namizədliklərini irəli sürdüklərini vurğulayıb:

“Artıq aktivləşmə prosesi başlayıb. Düşünürəm ki, planlaşdırdığımız kimi, fevral, mart aylarından etibarən seçkidə iştirakla bağlı iddilarını ortaya qoyan namizədlər məlum olacaq və biz Namizədlər Klubunun yaradılması ilə bağlı danışıqlara başlıyacağıq”.

F.Əliyev namizədliyini ortaya qoyan siyasi liderlərin bu ideyanı dəstəkləyəcəyinə ümidvar olduğunu qeyd edib. Onun sözlərinə görə, seçkidə iştirak etmək istəyən demokratik düşüncəli iddialılar Namizədlər Klubunda birgə fəaliyyət göstərməklə müsbət nəticələr əldə oluna bilər.

ALDP sədri özlərinin və digər bir neçə partiyann birləşdiyi Azadlıq Mərkəzində isə seçki ilə bağı məsələlərin müzakirə olunmadığını deyib. Qeyd edib ki, Mərkəzdə təmsil olunanlardan KXCP sədri Mirmahmud Mirəlioğlu öz namizədliyini irəli sürüb.

İlahə Cəfərli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?