Millət vəkili İstanbul Universitetinin rektoru ilə Qarabağdan danışıb

16:48 25-10-2017 | icon 453 | Siyasət
Millət vəkili İstanbul Universitetinin rektoru ilə Qarabağdan danışıb

Türkiyədə səfərdə olan millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva İstanbul Universitetində keçirilən konfransda iştirak edib.

Versus.Az xəbər verir ki, İstanbul Universitetinin rektoru, professor Dr. Mahmut Ak ilə görüşüb. Görüşdə millət vəkili Qənirə Paşayeva bir millət, iki dövlət olan Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün istiqamətlərdə daha da inkişaf etməsinin sevindirici olduğunu deyib. Azərbaycan universitetləri ilə Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edən millət vəkili, İstanbul Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın olmasının və getdikcə daha da artmasının məmnuniyyətverici olduğunu deyib.

Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün istiqamətlərində olduğu kimi təhsil sahəsində də ildən-ilə əlaqələrin genişləndiyini vurğulayan Q.Paşayeva hər iki ölkənin təhsil müəssisələrində ortaq türk tarixinin, ədəbiyyatının, mədəniyyətinin, həqiqətlərinin tədrisinin vacibliyini də qeyd edib.

İstanbul Universitetinin rektoruna Azərbaycan həqiqətləri barədə danışıb. Türk dünyasının ortaq acıları ətrafında da geniş fikir mübadiləsi aparılıb və vurğulanıb ki, birliyimizin daha da güclənməsi gənclərimizin ortaq tariximizi yaxşı öyrənməsindən, harada doğulub harada yaşamasından asılı olmayaraq türk gənclərinin bir-birilərinə daha çox sahiblənmələrindən keçir.

Öz növbəsində Azərbaycanı çox sevdiyini deyən İstanbul Universitetinin rektoru, professor Dr. Mahmut Ak qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil  sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib. Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyən rektor, Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini bildirib və iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafını yüksək dəyərləndirib. Rəhbərlik etdiyi universitetin də Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini deyən professor Dr. Mahmut Ak azərbaycanlı tələbələrin təhsil aldıqları İstanbul Universitetində özlərini öz evlərindəki kimi hiss etmələri və yüksək təhsil ala bilmələri üçün imkanlar yaradıldığını vurğulayıb.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva İstanbul Universitetinin rektoruna Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və müəllifi olduğu kitabları hədiyyə edib.

Millət vəkili universitetin bir sıra alimləri ilə də görüşüb və geniş fikir mübadiləsi olub.

Nilufər
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?