Avropa Parlamentinin deputatları Azərbaycana şər atır
Avropa Parlamentinin bir qrup korrupsioner və irqçi deputatı mədəni irsin qorunması bəhanəsi ilə Azərbaycana şər atmış və onun daxili işlərinə qarışmağa cəhd etmişdir. Parlamentarilər öz müraciətlərində bütün xalqların irsini ehtiva edən “ümumdünya mədəni irsi” universal ifadələrdən deyil, dini xətlər üzrə ayırıcı ifadələrdən istifadə etmiş və müstəsna olaraq, erməni irsindən danışmışdır.
Versus.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Hamıya məlumdur ki, Ermənistan öz ərazisində və vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində azərbaycanlılara məxsus mədəni irsi sistematik və kütləvi şəkildə dağıtmışdır. Ermənistan ərazisində 300 məscid, yüzlərlə məzarlıq, çoxsaylı digər mədəni abidə yer üzündən silinmişdir. Ermənistan oradakı Azərbaycan mədəni irsinin vəziyyətinin monitorinqi məqsədi ilə UNESCO missiyasının səfərinə imkan vermir.
Avropa Parlamentinin saxtakar deputatları Azərbaycana qara yaxmaq və dini əsaslarda nifaq yaratmaq əvəzinə, UNESCO missiyasının Ermənistana səfərinin həyata keçirilməsi, oradakı Azərbaycan mədəni irsinin dağıdılmasının dayandırılması və dağıdılmış olanların bərpası üçün səylər göstərməli və ən əsası,Ermənistandan qovulmuş 300 min Qərbi azərbaycanlının öz yurdlarına qayıtmasına dəstək verməlidir.
Xəbər lenti
COP29-un tədbir məkanı BMT-nin qurumuna VERİLDİ
Mavi Zonaya yalnız UNFCCC tərəfindən...