Şəkidə xoşagəlməz MƏNZƏRƏ

15:53 18-03-2024 | icon 415 | Cəmiyyət
Şəkidə xoşagəlməz MƏNZƏRƏ

Şəhərin görünüşünü pozanlara qarşı niyə tədbir GÖRÜLMÜR?

 

Şəkidə binaların fasadı, dayanacaqlar və ya dirəklərin üzəri reklam lövhələrinə bürünüb.

 

Bizim.media-nın yerli bürosu xəbər verir ki, bu say günü-gündən artmaqdadır.  

 

Vətəndaşlar, xırda sahibkarlar öz elan və reklamlarını təşkil etmək üçün bu cür asan yola əla atırlar. Şəhər sakini Elxan Babayev bildirir ki, indi şəhərin istənilən küçə və dalanında istənilən binaların fasadında, eləcə də dirəklərdə elan və reklamlara rast gəlinir. Bu vəziyyət isə turizm şəhəri Şəkinin estetik görünüşünə xələl gətirir. Kağız şəklində yapışdırılan elanlar daha sonra cırılır və qoyduğu iz xoş olmayan mənzərə yaradır. 

Əslində elan və ya reklam yerləşdirmək üçün xüsusi yerlər ayrılır. Həmin  yerlərdə isə reklam yerləşdirmək istəyən şəxslər müəyyən ödəniş etməlidirlər. Bu cür hallara qarşı İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələr tətbiq olunur. 

 

Ekspertlər isə problemin həlli yolunu insanların öz elanlarını ödənişsiz yapışdırması üçün xüsusi lövhələrin olmasında görürlər.

Bəs problemin aradan qaldırılması istiqamətində Şəkidə hansı işlər aparılır? 

 

Təəssüf ki, məsələ ilə əlaqədar yerli bələdiyyə və Şəki Şəhər İcra Hakimiyyətindən hər hansı cavab ala bilmədik. Cavabdeh qurumlar bu barədə düşünmür desək yanılmarıq. Çünki hər iki qurum məsələni bir-birinin üzərinə atmaqla yaxasını kənara çəkir. Bir sözlə, məsələyə nəzarətin kimin həyata keçirdiyini aydınlaşdırmaq müşkülə çevrilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?